Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə46/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   42   43   44   45   46   47   48   49   ...   356
Kitab Turizm

Mənbə: www.stat.qov.az - 2018 
Turizm fəaliyyəti ilə məşğul olanların həcmində
 
qeyri-dövlət müəssisələrində işləyənlərin sayı 
çoxluq təşkil edir. Belə ki, 2017-ci ildə işçilərin sayı (kənar əvəzçilər də daxil edilməklə) 1891 min 
nəfər təşkil etmişdir.
 
Hazırda yuxarıda qeyd etdiyim zonalara gələn turistlərin xeyli hissəsi Azərbaycan vətəndaşlarıdır. 
Bu da müsbət haldır ki, azərbaycanlıların bu gün turist kimi xaricə getmələrinə ehtiyac yoxdur. Öz 
ölkəmizin dilbər guşələrində istirahət edə bilirlər. Mən gələcəkdə xarici turistlərin də sayının 
artmasına əminəm. Yəni, burada Qusarda inkişaf daha da sürətlənəcək. Qusar rayonunun inkişaf 
etdirilməsi həmişə diqqət mərkəzində olub. Həm abadlaşma işləri aparılmış, infrastruktur bərpa 
edilmiş, gözəl xəstəxana tikilmişdir. Bu baxımdan da deyək ki, Qusar rayonu Azərbaycanda ən böyük 
turizm mərkəzlərindən biridir və dövlət tərəfindən turizm infrastrukturuna küllü miqdarda maliyyə 
vəsaiti yatırılmışdır. Xarici turistlər bu məkanı çox yaxşı tanıyırlar. İnternet saytları da insanlara bu 
mərkəzlə tanışlığa geniş imkanlar yaradır. 
Hələ Azərbaycanda keçiriləcək İslam Oyunlarına da xarici qonaqlar gələcəklər. Məlumdur ki, bu 
oyunlar yay mövsümündə keçiriləcəkdir və bu mərkəzin yay mövsümündə də uğurla fəaliyyət 
göstərməsi turistlərdə bir daha bu istirahət zonasında dincəlmək həvəsi oyadacaqdır.İndi buraya şənbə-
bazar günlərində daha çox qonaqlar gəlir. Lakin, gələcəkdə həftə boyu qonaqların sayı artacaq və yay 
mövsümündə də bu mərkəəz kifayət qədər effetli fəaliyyət göstərəcəkdir. Ölkəmizdə turizm geniş 
inkişaf edir. Çoxlu sayda perspektivli turizm mərkəzləri açılmışdır. Qeyd etdiyim kimi, onlarda biri 
Şahdağdır, Qalaaltı və Naftalan turizm mərkəzləri də fəaliyyət göstərir. Cənub bölgəsində Lənkəran-
Astarada, Lerikdə turizmin inkişafı üçün potensial imkanlar mövcuddur. Artıq Qəbələdə turizm 
mərkəzinə çevrilmişdir. Orada da beşulduzlu otellər də tikilib istifadəyə verilmişdir. Gəncə və onun 
ətraf rayonları da turizm üçün faydalı yerlərdir.
Azərbaycan özünün təbbi turizm potensialı ilə zəngindir. Burada gözəl səfalı məkanlar, dağlar, 
meşələr, çaylar çoxdur. Bu da təbiət tərəfindən bizə bəxş edilən ən böyük sərvətimizdir. Bu sərvətdən 
effektli şəkildə istifadə etməliyik.
Belə gözəl, müasir otellərin tikilib, istifadəyə verilməsi bir daha sübut edir ki, Azərbaycanın 
turizm potensialından istifadənin perspektiv istiqamətlərini daha da gücləndiriləcəkdir. Ölkəyə turizm 
axını artacaqdır. Elə bu gün də ölkəyə qəbul edilmiş və ya göndərilmiş turistlərin sayı az deyildir. 
Bunu aşağıdakı cədvəldən bir daha aydın görmək olar: 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin