Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə44/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   40   41   42   43   44   45   46   47   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
32
Baku, Azerbaijan


üçün mühit yaradır. Bu müalicəvi əhəmiyyətli mərkəzlər yerli turistlər tərəfindən bəyənilir. Palçıqdan 
sinir sistemi, duz mağaralarında nəfəs yolu və digər xəstəliklərin müalicə etdirilməsində insanlar 
istifadə edirlər. 
Bu sahələrin dünyada tanıdılması ölkəyə müalicə olmaq məqsədilə üz tutan turistlərin sayını 
artıracaqdır. Azərbaycanda 6000-dən çox tarixi abidə mövcuddur. [3]. Bunlardan dini baxımdan islam 
dövrünə, xristianlığa, atəşpərəstliyə, qədim dinlərə aid ziyarət yerləri də mövcuddur ki, bunların 
rekonstruksiyası və məşhurlaşması turistlərin çoxalmasına səbəb ola bilər. Qobustan mağaralarında 
qayaların üstündəki şəkillər turistlər tərəfindən bəyənilir və bu ölkənin qədimliyindən xəbər verir. Onu 
da qeyd edək ki, hələ qədim zamanlarda Böyük İpək Yolunun Azərbaycandan keçən hissəsi, 
Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, 
region ölkələrin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə, 
Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın daha da inkişafına, Azərbaycanın dövlət 
müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin 
genişlənməsinə xidmət edir. [4] 
Böyük İpək yolu üzərində qədim karvansaraylar, hamamlar, qalalar, ibadətgahlar, qəsrlər hələ də 
qalır. Lakin bu abidələrin çoxu diqqətdən kənar qaldığı üçün yaxşı vəziyyətdə deyillər. Təəssüf ki, 
bəzi tarixi abidələrimiz Rusiya işğalı dövründə və erməni terroru nəticəsində məhv olmuşdur. 
Tarixi abidələrin restovrasiyası və məşhurluğu tarixlə maraqlı olan turistlərin cəlb olunmasında 
mühüm rol oynayacaqdır. Ölkənin tarixi abidələrindən “İçərişəhər”, Qız Qalası, Şəki Xan Sarayı, 
Möminə Xatun Məqbərəsi UNESCO tərəfindən qorunub saxlanılır. Bu abidələrin dünayada 
tanınmasında mühüm bir addımdır. Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi faktorunu 
nəzərə aldıqda, “İpək Yolu” kimi qədim tarixə malik bir yolun ölkəmizin ərazisindən keçməsi ölkənin 
qərb-şərq, şimal-cənub turizm marşutlarında iştirakı mühüm əhəmiyyət kəsb edir. 
Bu gün ölkədə mehmanxana biznesinin dünya standartlarına cavab verən səviyyədə təşkili, 
ölkəyə səfər edənlərin, turistlərin qəbul edilməsi baxımından arası kəsilməyən tədbirlər həyata 
keçirilir. Buna misal olaraq «Qafqaz Baku Sport Hotel»-i qeyd etmək olar. Bu otelin «Bakı-2015» ilk 
Avropa Oyunları dövründə istehlakçıların istifadəsinə verilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir 
otelin inşası ilk Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn turistlərin istirahətinin təmin olunmasına 
və Bakının turizm potensialının nümayiş etdirilməsinə şərait yaradır. 
Ölkəmizdə perspektivli və sürətlə inkişaf edən turizm sahəsinə «Şahdağ» qış-yay turizm 
kompleksində tikilmiş otellər bu istirahət zonasına marağı bir daha artırır. Turistlərin istirahətinin 
yüksək səviyyədə təminatı, bu otellərdə olan şərait təsdiqləyir ki, bu gün Azərbaycanda turizmin 
inkişafına dövlət dəstəyi var. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkə üzrə turizm marşrutlarının müəyyənləşdiril-
məsi və bununla bağlı bölgələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində 
saxlanılır.[5] 
Son zamanlar beşulduzlu otellərin istifadəyə verilməsi ilə dünyanın tanınmışotel brendləri Azər-
baycana gəlib. Regionlarda da yeni turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin 
istifadəyə verilməsi ölkəmizdə bu sektorun inkişafına göstərilən qayğının nümunələrindən birinə 
çevrilib. 
«Şahdağ» qış-yay turizm kompleksində istifadəyə verilmiş otellərdə yaradılmış yüksək şərait 
ölkədə mehmanxana biznesinin inkişafını bir daha təsdiqləyir və qeyri-neft sektorunda turizmin xüsusi 
çəkisinin getdikcə yüksəldiyini göstərir. «Şahdağ» qış-yay kompleksi ölkəmizdə birinci dağ-xizək 
kurortudur. «Park Chalet» oteli yeni yaradılan «Absheron Hotel Group» şirkətinin ikinci otelidir. İlk 
otel olan «Pik Palace Şahdağ»-ın açılışı 2013-cü ilin dekabrında Prezident İlham Əliyev tərəfindən 
həyata keçirilib [5]. 
«Park Chalet» otelinin dizaynı Avropa dizaynından istifadə edilmiş, ABŞ-da Aspen xizək tipli 
otellərin üslubunu da özündə əks etdirir. «Park Chalet» oteli «Marriot» brendinin eksklüziv və lüks 
otel, həm də kurortların məcmuu«Autograph Collektion»-un daimi üzvüdür. «Park Chalet»-in bu 
qrupa daxil olması, orada fəaliyyət göstərəcək otellər beynəlxalqstandartlara uyğun, məkan orginallığı 
və s. xüsusiyyətlərilə fərqlənən otellərdir. Bunlar da sübut edir ki, paytaxtla yanaşı, regionlarda müasir 
tələblərə cavab verən turizm və istirahət mərkəzlərinin, mehmanxana komplekslərinin inşası və 
istifadəyə verilməsi ölkədə bu sahənin inkişafına göstərilən dəstəyin nəticəsidir. Bu baxımdan «Park 
Chalet» otelindəki normal şərait Azərbaycanda otel biznesinin inkişaf istiqamətlərini və qeyri-neft 
sektorunda onun payının getdikcə yüksəldiyini bir daha aşkar edir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin