Qədim sivilizasiyanın beşiyi kimi Çinin bölgələrində çox qiymətli tarixi abidələr qorunub
saxlanılır. ÇXR-nın 5000 illik tarixə malik olması ölkədə mədəni turizmin inkişafına güclü təkan
vermişdir. Belə ki, ölkə həm təbii, həm də mədəni turizm ehtiyatları ilə zəngindir. Təbii rekreasiya
ehtiyatı kimi Litsizyan və Quylin çaylarının
mənzərəli sahilləri, beş “müqəddəs” dağın gözəllikləri,
Yantszı çayı sahilində tektonik dərələr, möhtəşəm Xoan Qoşu şəlaləsi, əhəngdaşı mağaraları, “dağ
meşə” və s. turist axımına səbəb olan təbii sərvətlərdir
[5].
Çində turizmin inkişafı 50-ci illərin əvvəllərinə təsadüf edilir. 1954-cü ildə 14 filialı ilə
beynəlxalq səyhət bürosu Pekində, Şanxayda, Quançjou və digər şəhərlərdə fəaliyyətə başladı. 1964-
cü ildə Pekində ÇXR-nın turizm üzrə Dövlət idarəçiliyi yarandı. 1978-ci ildə Çində aparılan iqtisadi
islahatlar və “açıq qapı” siyasəti turizmin inkişafına böyük təkan verdi. İqtisadi
islahat Çinin sosial
bazar iqtisadiyyatına istiqamətləndirilirdi.
“Açıq qapı” siaysəti ÇXR-nın müasir iqtisadi inteqrasiyasının yaranmasına və ölkələr arasında
beynəlxalq iqtisadi əlaqələrin qurulmasına, dünya bazarına yol açmasına və xarici ticarətin geniş
miqyasda inkişafında böyük miqdarda investisiyanın cəlb okunmasına şərait yaratdı. İslahatın təsiri
ÇXR-nın inkişafına o qədər təsir etmişdir ki, dünya artıq Çinin iqtisadiyyatını “möcüzə” adlandırırdı.
İqtisadiyyatın inkişafı dövründə orta inkişaf artıq 10 faizə qədər artmışdır. 20 ildən artıq müddətdə isə
Çində xarici ticarətin həcmi 20 dəfə artmışdır. Artıq 1998-ci ildə turizmdən gələn gəlir 12,6
mlrd.dollar təşkil etmişdi.
Çin tarixi və mədəniyyəti dünyaya bir çox zəngin töhfələr, ixtiralar, icadlar vermişdir.
Qədim
tarix Pekinə çoxlu sayda abidələr və zəngin mədəni irs nümunələri bəxş etmişdir. Ölkəyə gələn
turistlər Böyük Çin səddini, Yasaq şəhəri (Szızszinçen), İxeyuan parkını, Beyxay parkını, Syanşan
dağına qalxır, Neba məbədini və digər abidələri ziyarət edirlər. Füsunkar təbiət və maraqlı memarlıq
abidələri, Çin qədim mədəniyyəti ilə tanışlıq, muzeyləri gəzmək turistlərə xüsusi zövq verir.
Çin modeli-dünyanın iqtisadi elmində yeni, unikal hadisədir. Bu
model qərb nümunələrini əks
etdirmir. O bununla nikaldır ki, bütövlükdə və tam olaraq milli maraqlara uyğundur. Bununla yanaşı
ölkənin tarixi, spesifik və milli xüsusiyyətlərini nəzərə alan Çin islahatları radikallıqdan uzaqdır.
Dəyişikliklərin hər bir mərhələsi dərindən təhlil edilir. İri elm mərkəzləri isə bütün nəticələri çox
dəqiqliklə hesablayır və proqnoz verir.
Çin mədəniyyəti tarixin bütün mərhələlərində inkişaf etmiş, minilliklər ərzində dil, yazı, milli
xüsusiyyətlər, ənənələr qorunub saxlanılmış və hazırda mövcud olan müasirliklə
qədimliyin vəhdəti
yaranmışdı. Çin tarixi və mədəniyyəti dünyaya bir çox zəngin töhfələr, ixtiralar, icadlar vermişdir. Çİn
çoxmillətli ölkə olub, mədəniyyətini formalşması tarixən məskunlaşan xalqların mədəniyyətlərinin
qarışması şəraitində inkişaf etmişdir.
İki min il əvvəl Xan sülaləsi dövründə Çinin Sian şəhərindən başlanan və Şərqdən qərəbə doğru
salınan İpək yolu həm böyük ticarət yolu, həm də Şərq və Qərb mədəniyyətinin mübadiləsinə şərait
yaradan bir körpü idi
[5].
İpək Yolu bizim eranın birinci minilliyindən başlayaraq ikinci minilliyin ortalarına qədər Avropa
və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək
Yolunun əsas hissəsi öz
başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürür və sonra Orta Asiyada Təkləməkan səhrasından
keçən şimal və cənub marşrutlarına ayrılır, sonra isə yenidən birləşərək İranın yaylalarını kəsib keçir
və Antiox və Tire şəhərlərində qurtarır. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İskəndər
Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi
Azərbaycan da Qafqazın və Mərkəzi Asiyanın digər yeni müstəqil dövlətləri ilə birlikdə bu
proqama qoşuldu və Böyük İpək yolunun bərpasının təşəbbüsçülərindən biri oldu. Qədim dövrlərdə
Çindən Şimali Afrikaya və İspaniyaya qədər çoxlu dövlətləri birləşdirən İpək yolunun əsas xətlərindən
biri də Xəzər dənizinin qərb sahilləri boyunca cənubdan şimala doğru Azərbaycanın ərazisindən
keçirdi.
Hazırda Çin dünyanın ən sürətlə inkişaf etməkdə olan dövlətlərindən biri,
beynəlxalq aləmdə
mühüm əhəmiyyət kəsb edən bir ölkədir. Ölkədə 70-ci illədən başlayaraq ardıcıl, mütəmadi aparılan
islahatlardan sonra qısa müddət ərzində Çin sürətli iqitisadi inkişaf yolu keçib və artıq XX əsrin
sonunda möcüzəvi nailiyyətlər əldə etdi. Belə ki, müasir dövrdə Çin bir çox iqtisadi göstəricilərə görə
dünya təsərrüfatının aparıcı dövlətlərindən birinə çevrilməyə nail olmuşdur. Ölkənin elm və texnika,
sənaye, səhiyyə, mədəniyyət və bir çox başqa sahələri ilə yanaşı turizm-rekreasiya sahəsi də sürətlə
inkişaf etmişdir.
Dostları ilə paylaş: