Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə39/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   35   36   37   38   39   40   41   42   ...   356
Kitab Turizm

a.
 
 
b. 
50
100
150
200
250
2005
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
2018
Səyahət agentlikləri və turoperatorların sayı, vahid 
İşçilərin sayı, nəfər 
Səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlir, min manat 
Məhsul (xidmət) istehsalına çəkilən xərclər, min manat 
Satılmış turizm yollayışlarının sayı, ədəd 
0
200
400
600
800
1000
1200
2004
2006
2008
2010
2012
2014
2016
2018
Ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının sayı, ədəd 
Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının sayı, ədəd 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
27
Baku, Azerbaijan


c. 
Qrafik 1. Səyahət agentlikləri və turoperatorların əsas göstəriciləri 
Respublikada səyahət agentlikləri və turoperatorların maliyyə-iqtisadi göstəricilərinə nəzər 
yetirərək onu söyləmək olar ki, 2017-ci ildə Səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlir 
41034,2 min manat olmuş və 2006-cı illə müqayisədə 4,84 dəfə, 2010-cu illə müqayisədə 2,1 dəfə və 
2015-ci illə müqayisədə isə 12 % artıq olmuşdur. Məhsul (xidmət) istehsalına çəkilən xərclərin 
məbləği isə 2017-ci ildə 36734,6 min manat olmuş, və bu göstərici 2006-cı illə müqayisədə 5,21 dəfə, 
2010-cu illə müqayisədə 2,06 dəfə və 2015-ci illə müqayisədə isə 19 % çox olmuşdur.
Yekunda Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji 
Yol Xəritəsinə nəzər yetirərək aşağıdakıları söyləmək olar.
 
Milli iqtisadiyyatın inkişaf strategiyasında 
prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi turizmin inkişafı 
istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycan Respublikasının 
cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına imkan yaradacaq, eyni zamanda, qarşılıqlı 
əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə edilməklə turizm sektorunun 
iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin 
yüksəldilməsinə gətirib çıxaracaqdır.
Strateji Yol Xəritəsi nəzərdə tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının 
dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm 
xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir 
ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə 
əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir.Son illərin 
statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə 
ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm 
məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 % ortaillik sabit artım 
müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı 
müvafiq olaraq 4,5 və 3,3 % təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə 
biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının 
əsas təkanverici qüvvəsi olmuşdur. Çoxsaylı turizm altsektorlarının inkişafı isə, əlavə olaraq, regional 
turizmin inkişafına da təkan vermişdir. 
Təhlillər göstərir ki, qonşu ölkələrdən daha çox turist cəlb etməklə, həmçinin qlobal miqyasda 
daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilməklə Azərbaycanın hər 
iki sahə üzrə üstünlüyü daha da artırıla bilər. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə 
Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm 
məkanlarından birinə çevriləcəkdir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı 
dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm 
ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd 
olunan məqsədlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri 
üzrə fiziki və sosial infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu 
təbliği mühüm əhəmiyyət kəsb edir. 
-500
0
500
1000
2004
2006
2008
2010
2012
2014
2016
2018
Satılmış turizm yollayışlarının dəyəri, min manat 
Ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri, min 
manat 
Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri, 
min manat 
Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm 
yollayışlarının dəyəri, min manat 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin