c.
Qrafik 1. Səyahət agentlikləri və turoperatorların əsas
göstəriciləri
Respublikada səyahət agentlikləri və turoperatorların maliyyə-iqtisadi göstəricilərinə nəzər
yetirərək onu söyləmək olar ki, 2017-ci ildə Səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlir
41034,2 min manat olmuş və 2006-cı illə müqayisədə 4,84 dəfə, 2010-cu illə müqayisədə 2,1 dəfə və
2015-ci illə müqayisədə isə 12 % artıq olmuşdur. Məhsul (xidmət) istehsalına
çəkilən xərclərin
məbləği isə 2017-ci ildə 36734,6 min manat olmuş, və bu göstərici 2006-cı illə müqayisədə 5,21 dəfə,
2010-cu illə müqayisədə 2,06 dəfə və 2015-ci illə müqayisədə isə 19 % çox olmuşdur.
Yekunda Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji
Yol Xəritəsinə nəzər yetirərək aşağıdakıları söyləmək olar.
Milli iqtisadiyyatın inkişaf strategiyasında
prioritet istiqamətlərdən biri kimi ixtisaslaşmış turizmin müəyyənləşdirilməsi turizmin inkişafı
istiqamətində görülən işlərin davamlılığına xidmət etməklə yanaşı, Azərbaycan Respublikasının
cəlbedici turizm məkanı kimi qabaqcıl mövqe tutmasına
imkan yaradacaq, eyni zamanda, qarşılıqlı
əlaqələrdən və mövcud turizm potensialından səmərəli istifadə
edilməklə turizm sektorunun
iştirakçıları arasında əməkdaşlığın inkişafına və Azərbaycanda turizm xidmətləri üzrə keyfiyyətin
yüksəldilməsinə gətirib çıxaracaqdır.
Strateji Yol Xəritəsi nəzərdə tutulmuş müddətlər ərzində turizm sektorunun inkişafının
dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksəkkeyfiyyətli və rəqabətədavamlı
turizm
xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması,
müasir
ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi və turizmin inkişafı ilə
əlaqədar aidiyyəti orqanların qarşılıqlı koordinasiyası kimi tədbirləri özündə ehtiva edir.Son illərin
statistik göstəricilərinə görə, turizm Azərbaycanda daim inkişaf edən sektorlardan biri olmuşdur. Belə
ki, son 5 ildə Azərbaycanda turizm sektorunda xidmət göstərən sahibkarlıq subyektlərinin və turizm
məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayında müvafiq olaraq 4,5 və 8,5 % ortaillik sabit artım
müşahidə edilmişdir. Hazırda turizm sənayesinin ölkə üzrə ÜDM-də və məşğulluqda birbaşa payı
müvafiq olaraq 4,5 və 3,3 % təşkil edir. Bakı şəhəri beynəlxalq miqyasda tanınan turizm məkanları ilə
biznes və istirahəti üstün tutan turistləri cəlb etmək baxımından daim turizm sektorunun inkişafının
əsas təkanverici qüvvəsi olmuşdur. Çoxsaylı turizm altsektorlarının inkişafı isə, əlavə olaraq, regional
turizmin inkişafına da təkan vermişdir.
Təhlillər
göstərir ki, qonşu ölkələrdən daha çox turist cəlb etməklə,
həmçinin qlobal miqyasda
daha çox tələbatın olduğu ölkələr üçün ixtisaslaşmış turizm məkanına çevrilməklə Azərbaycanın hər
iki sahə üzrə üstünlüyü daha da artırıla bilər. Mövcud imkan və potensialdan səmərəli istifadə etməklə
Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında
cəlbedici turizm
məkanlarından birinə çevriləcəkdir. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı
dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm
ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Qeyd
olunan məqsədlərə nail olmaq üçün hava əlaqəsinin və əlçatanlığın artırılması, çoxsaylı turizm növləri
üzrə fiziki və sosial infrastrukturun və s. təkmilləşdirilməsi, yerli dəyərlərin beynəlxalq aləmdə uğurlu
təbliği mühüm əhəmiyyət kəsb edir.
-500
0
500
1000
2004
2006
2008
2010
2012
2014
2016
2018
Satılmış turizm yollayışlarının dəyəri, min manat
Ölkə daxilində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri, min
manat
Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış turizm yollayışlarının dəyəri,
min manat
Azərbaycan ərazisində səyahət etmək üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə satılmış turizm
yollayışlarının dəyəri, min manat
Dostları ilə paylaş: