Tourism and recreation in the XXI century: problems and prospects


Key words:  tourism development, economic impacts, employment, models, Strategic Road Map



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə36/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   32   33   34   35   36   37   38   39   ...   356
Kitab Turizm

Key words: 
tourism development, economic impacts, employment, models, Strategic Road Map.
 
Giriş 
Turizm həyat üçün birinci dərəcəli tələbat olmayıb, insanın yaşayış səviyyəsinə uyğun olaraq 
inkişaf edir. Müasir dövrdə turizm dünyada geniş yayılmışdır, milyonlarla insan dincəlmək, yeni 
təcrübə toplamaq və yeni təəssüratlar məqsədilə il boyu müxtəli ölkələrə səyahət edir. Son dövrlərdə 
turizm ölkə iqtisadiyyatına mənfəət gətirən kifayət qədər gəlirli biznes olmuşdur [21,22,16]. Turizmin 
inkişafı ölkəyə həm iqtisadi cəhətdən, həm də sosial cəhətdən müsbət təsir göstərir. İqtisadi cəhətdən 
müsbət təsiri onun gəlirli sahə olması və ölkəyə əlavə gəlirin cəlb olunmasında böyük rol oynamasıdır 
[3]. Sosial cəhətdən isə yeni iş yerlərinin açılmasınıa təkan verərək işsizliyi azaldır, yeni təşkilatların 
yaranmasına gətirib çıxarır, sahibkarlığın inkişafına imkan yaradır, turizm regionlarındakı ev 
təsərrüfatlarının və əhalinin ehtiyaclarına uyğun xidmət sfresının yaranmasını təmin edir. Səyahət və 
turizm sektoru fərdi şəxslərə, yerli hakimiyyət, şirkətlər, könüllü təşkilatlar və dövlətə milyonlarla 
gəlir gətirir. Beynəlxalq səviyyədə turistlərin ölkə ərazisində xərclədiyi pullar onun tədiyyə balansını 
yaxşılaşdıra bilər [17]. Turizmin inkişafından əldə olunan gəlirlər regionun iqtisadi rifahı və 
multiplikativ effektin yüksəldilməsi üçün vacib əhəmiyyət kəsb edir. Tədqiqatlar göstərir ki, regionu 
səyahət edən turistlər tərəfindən xərclənən pullar, təkrarən yerli iqtisadiyyatda sərf olunur.
Nəzəri müddəalar 
Turistlərin səyahət etdikləri məkan əsasən 3 olmaqla iqtisadi, ekoloji və sosial-mədəni 
xüsusiyyətlərlə şərtlənir [14]. Bununla yanaşı turizm cəlbediciliyi kimi kütləvi informasiya vasitələri, 
reklam, yeni sənaye inkişafı, müasir kənd təsərrüfatı, meşə təsərrüfatının rolu da vurğulanır. Turizmin 
müsbət iqtisadi səmərəsi ölkə üçün büdcə gəlirlərinin artımı, istehsalın genişləndirilməsi
investisiyanın stimullaşdırılması və əhalinin rifah halının yaxşılaşdırılması, mənfi nəticələri kimi 
inflyasiya, maliyyə axınları, infrastruktur xərcləri və iqtisadi asılılığı göstərilir. Əksər hallarda 
turizmin müsbət nəticələri dövlət, şirkət və sahibkarları bu sahənin inkişafına dəstək olmağa inandırır 
[19]. Hotel, hostel, düşərgə, qonaq evləri və gəzməli yerlərdən əldə olunan gəlirlər tərəfləri 
maraqlandırır. Stynes [23] və Jagoya [18] istinadən qeyd edilir ki, turizm sektorunun inkişafı bir çox 
müsbət iqtisadi təsirlər yaradır ki, bunlardan əsasən aşağıdakılar qeyd edilir: 

milli gəlirin və xarici valyutadan əldə olunan mənfəətin artımı; 

iqtisadi multiplikativ səmərə; 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin