Ölkə iqtisadiyyatının sürətli inkişafı ölkəyə xaricilər tərəfindən marağın artmasına səbəb olmuş,
ölkəyə müxtəlif məqsədlərlə gələnlərin sayı ildən-ilə artırmışdır. Bütün bunlar turizm fəaliyyətinin
genişlənməsinə şərait yaratmışdır. Ölkəyə artan marağın nəticəsində 2011-ci il ölkədə “Turizm ili”
elan olunmuşdur [10]. Turizm sahəsində geniş imkanlara sahib
Azərbaycan zəngin landşaft, təbiət
abidələri, zəngin mədəni-tarixi irslərinin düzgün tanıdılması ilə ölkəyə cəlb olunan turistlərin sayını
artıra bilər.
2017-ci ildə Səyahət agentlikləri və turoperatorların sayı 339 olmuş və 2006-cı
illə müqayisədə
3,53 dəfə, 2010-cu illə müqayisədə 2,69 dəfə və 2015-ci illə müqayisədə 1,4-dəfə artmışdır. Bu sahədə
işləyən işçilərin sayı 2017-ci ildə 1891 nəfərə çataraq 2006-cı illə müqayisədə 2,43 dəfə, 2010-cu illə
müqayisədə 1,33 dəfə və 2015-ci illə müqayisədə 1,19 dəfə artıq olmuşdur. Səyahət agentlikləri və
turoperatorları tərəfindən satılmış turizm yollayışlarının sayı 2017-ci ildə 44 066-ə çatmışdı. Bu
göstərici 2006-cı illə müqayisədə 2,18 dəfə, 2010-cu illə müqayisədə 1,29 dəfə çox olsa da və 2015-ci
illə müqayisədə 0,01% az olmuşdur. 2017-ci ildə ölkə daxilində
səyahət edən Azərbaycan
vətəndaşlarının sayı 5850-ə çatmış və 2006-cı illə müqayisədə 2,22 dəfə, 2010-cu illə müqayisədə 1,73
dəfə və 2015-ci illə müqayisədə 1,25 dəfə çox olmuşdur. Bundan başqa 2017-ci ildə ölkədən kənarda
31612 nəfər Azərbaycan vətəndaşları səyahət etmişlər. Bu səyahətçilərin sayı 2006-cı illə müqayisədə
1,82 dəfə, 2010-cu illə müqayisədə 17% çox olmuş, lakin 2015-ci illə müqayisədə isə 17% azalmışdır.
Bu tədqiqat aparılan dövrdə Azərbaycan ərazisinə səyahət edən əcnəbilər və vətəndaşlığı olmayan
şəxslərin sayı xeyli artmışdır. Belə ki, 2017-ci ildə Azərbaycan ərazisinə
səyahət edən əcnəbilər və
vətəndaşları olmayan şəxslərin sayı 6604-ə çataraq 2006-cı illə müqayisədə 27,86 dəfə, 2010-cu illə
müqayisədə 1,78 dəfə və 2015-ci illə müqayisədə 3,44 dəfə artıq olmuşdur. Bu illər ərzində qəbul
edilmiş və göndərilmiş turistlərin sayında xeyli dəyişikliklər olmuşdur. 2017-ci ildə Qəbul edilmiş və
göndərilmiş turistlərin sayı 63423 nəfər olmuşdur. Bunların sayı 2006-cı illə müqayisədə 39 % çox
olmuş, 2010-cu illə müqayisədə 9 % azalmış və 2015-ci illə müqayisədə isə 2 % artmışdır [9].
Dostları ilə paylaş: