Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə37/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   33   34   35   36   37   38   39   40   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
25
Baku, Azerbaijan



məşğulluğun artımı; 

infrastrukturun yaxşılaşdırılması. 
Dövlətin turizmin inkişafını stimullaşdırmasının əsas səbəblərindən biri iş yerlərinin 
yaranmasıdır: hotel, nəqliyyat operatorları, turist agentlikləri, bələdçi, turoperatorlar kimi sahələrdə 
birbaşa məşğulluq yaranır. Turizmin inkişafı turizmlər birbaşa bağlı olmayan tikinti, bankçılıq, 
nəqliyyat sahələrində də məşğulluq yaradır. Mathieson and Wall [20] və Kumar and Hussain [19] 
fikrincə turizmin inkişafı gəlirlərin və iş yerlərinin artımı ilə yanaşı regionda avtomobil, dəmir yolları 
infrastrukturunun, hava limanlarının yaxşılaşdırılması, telekommunikasiya və su, elektrik enerjisi kimi 
kommunal xidmətlərin təkmilləşdirilməsinə şərait yaradır.
Turizmin inkişafının müsbət təsirləri ilə yanaşı bir sıra pul axınları, mövsümi işsizlik, yaşayış 
xərclərinin artımı kimi çatışmamazlıqları da vardır. Turizm obyektləri kimi fəaliyyət göstərən bəzi 
hotellərin mərkəzləri xarici ölkələrdə yerləşdiyi üçün bu istiqamətdə gəlirlərin bir hissəsinin həmin 
ölkələrə axını baş verir. Kənd təsərrüfatı, meşə təsərrüfatı, dağ-mədən sənayesi, balıqçılıqla məşğul 
olan işçi qüvvəsinin bu sahənin inkişafı ilə əlaqədar istiqamətinin dəyişməsi işçilərin öz ənənəvi iş 
yerlərindən ayrılmasına səbəb olur. İnkişaf etməkdə olan ölkələr turistlərin cəlb olunmasında analoji 
problemlərlə üzləşirlər, ilboyu turist axını olmayan sahələrdə mövsümi işsizlik yaranır. Həmçinin 
turist axınlarının aktiv olduğu pik dövrdə tələb yüksəlir, əmtəə və xidmətlərə qiymətlərin (tariflərin) 
artımı müşahidə olunur [14] ki, bu da yerli əhalinin ərzaq məhsulları, içkilər, nəqliyyat, əyləncə üçün 
əlavə vəsaitlər xərcləməsinə səbəb olur. 
Turizmin inkiafının iqtisadi nəticələrini ölçmək məqsədilə bir sıra metodlardan istifadə olunur. 
Hər bir metodun tədqiq olunduğu region, məqsəd və obyektinə görə üstün və çatışmayan cəhətləri 
vardır. Müsbət iqtisadi nəticələrin ölçülməsinin 3 müxtəlif metodu vardır: 
1. Sorğu metodu – məlumatların yığılması üçün ən məşhur üsuldur. Sorğuda turistlər, 
təşkilatçılar, turoperatorları və turizm istiqamətli sahibkarlar iştirak edirlər. Əgər sorğu yalnız 
turoperator və təşkilatçıların cəlb edilməsi ilə aparılarsa, bu o qədər də səmərəli hesablama 
olmayacaqdır. Çünki, bu zaman turistlərin xərclərinin dəqiq göstəricilərini müəyyənləşdirmək çətin 
olur [15]. Sorğu metodu ilə səyahət tezliyi, nəqliyyatdan istifadə, regionda qalma müddəti, turistlərin 
demoqrafiyası və s. məlumatları toplamaq olar. Sorğular üz-üzə, telefon və ya poçt vasitəsilə aparıla 
bilər. Üz-üzə aparılan sorğular daha müsbət səmərə verir, belə ki bu zaman cavabdan yayınma halları 
az olur [25].
2. Qiymətləndirmə metodu – turistlərin xərclərinin qiymətləndirilməsi texnikasına əsaslanır. Bu 
zaman nəqliyyat, pərakəndə alış-veriş xərcləri, ərzaq məhsullarına çəkilən xərclər nəzərə alınır.
3. Modelləşdirmə metodu – sorğu metodu ilə əldə edilmiş məlumatların (səyahət zamanı 
turistlərin davranışları, xərclər və demoqrafiyası) iqtisadi mənfəətini hesablamaq üçün 
modelləşdirməni ifadə edir. İqtisadi mənfəətin qiymətləndirilməsi üçün iki tip modelləşdirmə tətbiq 
olunur. Birinci yanaşma şəhər, region üzrə qiymətləndirməni və ölkə üzrə aqreqatlaşmanı, digər 
yanaşma isə ölkə üzrə qiymətləndirməni daha sonra isə şəhər və region üzrə detallaşmanı əks etdirir.
Turizm daimi turist axını olan hər bir dövlət və region üçün əhəmiyyətli dərəcədə iqtisadi əlverişli 
nəticələrlə əlaqələndirilir. Turistlər xarici valyuta mənbəyi kimi qiymətləndirilir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin