Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə54/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   50   51   52   53   54   55   56   57   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
39
Baku, Azerbaijan


Qobustan rayonunda turistlərin marağına səbəb olan ən maraqlı tarixi abidələrdən biri də XV əsrə 
aid olan Diri Baba məqbərəsidir. Şəhərin ətrafında yerləşən ikimərtəbəli məqbərə 1402-ci ildə qayada 
oyulmuş mağarada tikilmiş və tikintisində əhəng daşından istifadə olunmuşdur. Cənuba baxan bir 
fasadı olan abidənin digər tərəfləri qayanın içindədir. İkimərtəbəli türbənin birinci mərtəbəsində 
səkkizguşəli, günbəzli kiçik dəhliz və çatma tağtavanlı otaq, ikinci mərtəbəsində üzəri naxışlarla 
bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salon yerləşir. Günbəzli salonun məharətlə 
işlənmiş trompları öz gözəlliyi ilə göz oxşayır. Hətta bu tromplardan birinin üzərində türbənin ustad 
Hacının oğlu tərəfindən tikildiyi qeyd olunmuş yazı həkk edilmişdir.
Birinci mərtəbənin dəhlizində qayanın daxilində balaca mağara ilə birləşən salona qalxan ensiz 
daş pilləkan var. Abidənin bu iki mərtəbəsini bir-birindən ayıran dekorativ yazı lövhəsində onun tarixi 
hicri təqvimi ilə 805-ci il (miladi təqvimlə 1402-ci il) göstərilmişdir. Deyilənlərə görə, məqbərədə 
Şirvanşah I İbrahimin sarayının azançısı olaraq xidmət göstərmiş Diri Baba adlı bir müqəddəs insan 
dəfn olunmuşdur və cəsədin çürüməyib, bütöv şəkildə qaldığı da söylənilir. Hazırda həm də xatirə 
məscidi kimi tanınan “Diri Baba” türbəsi Azəraycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-
ci ildə qəbul etdiyi qərara əsasən ölkə əhəmiyyətli tarixi-mədəni abidə kimi qorunur. 
Bölgəyə daxil olan rayonlardan biri də Şirvan düzündə, Böyük Qafqaz dağlarının ətəklərində 
yerləşən Ağsu rayonudur. Rayon İsmayıllı, Şamaxı, Küdəmir və Hacıqabul rayonları ilə həmsərhəddir. 
Ərazi özünəməxsus relyefə malik olub, cənub hissələrini maili düzənliklər, düzənərazilər istisna 
olmaqla qalan ərazilərini isə dağətəyi və orta dağlıq qurşaq əhatə edir. Ağsu rayonu Böyük Qafqaz 
dağlarının cənub ətəklərində yerləşdiyinə görə ərazidə 4 iqlim tipinin olduğu müəyyənləşdirilmişdir: 
qışı quraq keçən mülayim isti, yayı quraq keçən mülayim isti, yarımsəhra və quru bozqır iqlim tipləri. 
Rayonda havanın orta illik temperaturu 13-14˚C təşkil edir. Rayonun cənub ərazilərində günəşli 
günlərin sayı daha çox olur. 
Ağsu rayonunun təbii rekreasiya ehtiyatları sırasında Girdiman, Ağsu çayları və onları qolları 
olan Nazirçay və Ağdar çaylarını göstərmək olar. Girdiman çay başlanğıcını Babadağ zirvəsinin 
ətəkləri, 3000 metr yüksəklikdən, suyu Kürə çatmayan Ağsu çayı isə başlanğıcını Lahıc dağ sistemi 
1750 metr yüksəklikdən götürür. Bununla yanaşı rayonun qərbində Kükəş qobusu (Kür sellər oylağı) 
Cavanşir gölü, cənubunda isə Yuxarı Şirvan kanalı və onun qolu olan Ağsu qolu yerləşir [2, s.274]. 
Bölgəyə daxil olan digər rayonlar kimi Ağsu rayonu da ölkə və yerli əhəmiyyətli tarixi-mədəni 
abidələrlə zəngindir. Burada arxeoloji cəhətdən xalkolit (eneolit) dövründən başlayaraq orta əsrlərin 
sonuna qədər böyük bir tarixi dövrü əhatə edən 11 ölkə əhəmiyyətli və 13 yerli əhəmiyyətli tarixi-
mədəniyyət abidəsi qorunub saxlanılır.
Ağsu rayonunun Nüydi kəndində e.ə. III-I əsrlərə aid olan antik dövr yaşayış yeri və nekropolu, 
Nuran kəndi yaxınlığında e.ə. I minilliyə aid olan Qaraçıbulaq, Sanqalan kəndində e.ə. III-I əsrlərə aid 
olan Uzunboylar və Bəyimli kəndi ərazisində bir çox antik dövr abidələri aşkar olunmuşdur. Rayon 
ərazisində 7 min il bundan əvvəl yaşayışın başladığının sübutu olan Qırlartəpə abidəsinin qalıqları 
xalkolit dövrünə aid olmuş və buradan həmin dövrə aid müxtəlif saxsı qablar, təsərrüfat küpləri, ocaq 
qurğuları, 1986-cı ildə isə üzərində Parfiya hakimi III Artabanın şəkli, yunan əlifabası ilə adı və bir 
çox yazıların həkk olunduğu eramızın I əsrinə aid gümüş sikkə və s. tapılmışdır.
Ağsu rayonunda türbə, məscid, qalalar kimi XIV-XX əsrlərdən qorunub saxlanılmış tarixi 
memarlıq abidələri də yerləşir. Turistlərin marağına səbəb olacaq tarixi-mədəni abidələrdən biri də 
şəhərdən 3 km məsafədə yerləşən Şeyx Dursun məqbərəsidir. Ağsu şəhərinin şimal-şərqində yerləşən 
Şeyx Dursun məqbərəsinin əsası 1382-ci ildə qoyulmuşdur. Lakin abidənin kitabəsinin bir hissəsi 
pozulduğuna görə onun tarixi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Divarları əhəng daşından 
tikilmiş, səkkizüzlü prizma formasında olan binanın üst örtüyü konusvari, əl ilə kəsilmiş tağla 
bağlanmışdır.
İnşa tarixi ətrafındakı qəbirlərə əsasən təxmini olaraq müəyyənləşdirilmiş Pir Bəxtiyar türbəsi 
Cavanşir kəndində yerləşən maraqlı memarlıq abidələrindən hesab olunur. Üzərində həkk edilmiş 
yazıların olduğu qəbirlərə (1784, 1797, 1805) əsasən türbənin XVIII-XIX əsrlərə aid olduğunu 
söyləmək mümkündür [5]. 
Bölgədə turizmin inkişafına görə ön sıralarda yer alan rayonlardan biri Şamaxıdır. İlk dəfə olaraq 
adı Ptolomeyin əsərində «Sаmаxеyа» və «Kеmаxеyа» şəklində çəkilmişdir. Şamaxı sözünün mənası 
ilə bağlı müxtəlif fərziyyələr mövcuddur. Bu cür fərziyyələrdən biri də “şam” yəni Dəməşq şəhərinin 
ərəbcə adı və “axı” (əxi) yəni oxşarı, bənəzi sözlərinin birləşməsindən yaranmasıdır. Azərbaycanın 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin