qədim tarixə malik olan tarixin uzunmüddətli və əzəmətli dövlətlərindən olan Şirvanşahlar dövlətinin
paytaxtı olmuş, bir neçə dəfə zəlzələlər nəticəsində dağılmış və hər dəfəsində əzəmətliliyi daha da
artmış Şamaxı şəhəri hazırda maraqlı tarixi-mədəni və təbii rekreasiya ehtiyatları ilə yerli və xarici
turistlərin diqqətini cəlb edir.
Böyük Qafqazın cənub-şərq ətəyində və Bakıdan 118 km məsafədə yerləşən rayon şimal-qərb
turizm marşrutuna daxildir. Relyefin müxtəlifliyi ilə seçilən rayonunun cənub hissələri düzənliklərlə
örtülmüşdür, düzən olan hissələri istisna olmaqla qalan hissələri isə dağətəyi və orta dağlıq qurşağa
daxildir. Rayonda əsas etibarilə mülayim isti, yay aylarında isə quru iqlim hakimdir.
Şamaxının əlverişli coğrafi mövqe, mülayim iqlim, münbit torpaqlar, müxtəlif növ flora və fauna
nümunələri ilə zəngin olması təbii rekreasiya ehtiyatlarının inkişafına təkan verir. Rayonunun ən əsas
təbii rekreasiya ehtiyatlarından biri mineral su mənbələridir. Bölgədəki kurort yerlərinin ən çox hissəsi
- 32 kurort yeri məhz Şamaxı rayonunda yerləşir. Qalayibuğurt, Əngəxaran, Dədəgünəş, Avakıl,
Çuxuryurd, Sis, Zaratxeybəri, Çobanı, Namazgah, Kəndoba kimi mineral su mənbələri və bulaqları
mövcuddur. Rayonunun əsas çayları Pirsaatçay, Qozluçay, Acıçay və Cigil çay, Zoğalavay çaylarıdır
[2, s.275].
Şahdağ Milli parkı ərazisində daxil olan 3 dövlət qoruğudan biri olan Pirqulu Dövlət Təbiət
qoruğu Şamaxı rayonu ərazisində yerləşir. Pirqulu DTQ 1968-ci il 25 dekabr tarixində Böyük
Qafqazın şərq qurtaracağıda yaradılmışdır. Qoruğun yardılmasında əsas məqsəd Böyük Qafqazın
cənub-şərq hissəsində geniş yayılmış dağ-meşə landşaftları, Şamaxı rayonu ərazisində bitən çiçəkli və
dərman bitkilərini, digər flora və fauna növlərini qorumaqdır. Yaradıldığı ilk dövrlərdə qoruğun ərazisi
1521 ha təşkil etmişdir. 2003-cü il 11 aprel tarixində qoruğun ərazisi genişləndirilərək 4274 hektara
çatıdırılmış və nəticədə mühafizə olunan ərazi 2,8 dəfə genişləndirilmişdir [3, s.234].
Geoloji təbiət abidələri ilə zəngin olan Şamaxı rayonunda nadir və əsrarəngiz geoloji abidələrdən
biri Dəmirçi kəndi yaxınlığında yerləşən “Dəmirçi” palçıq vulkanıdır. Yay və yaz aylarında bu vulkan
estetik və valehedici görünüş alır. Unikal landşaftı, əsrarəngizliyi və gözəlliyi ilə seçilən vulkanlar
sırasına Məlikçoban, Çarhan, Quşçu vulkanlarını daxil etmək lazımdır.
Qədim zamanlardan məscid, qala, türbə, məqbərələrlə zəngin olan Şamaxı rayonu ərazisində bir
neçə əsrlik, tarixi-memarlıq abidələrinə rast gəlmək mümkünür. VIII-X əsrlərə aid olan Cümə
Məscidi, orta əsrlərdə Şamaxı şəhərini müdafiə etmək məqsədilə tikilmmiş Şamaxı qalası, XIII-XIV
əsr Pirmərdəkan türbəsi, Kələxana türbələri, XVII əsr nümunəsi olan Şahxəndan türbəsi, XVIII əsrə
aid olan və 7 türbədən ibarət Yeddi Gümbəz Kompleksi, Qaleyi Buğurd qalasının qalıqları, Gülüstan
qalası, 755-ci ildə inşa olunmuş Dəmirçi məscidi, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi, Şamaxı
Astrofizika Rəsədxanası, ən görkəmli şair və yazıçıların ev muzeyləri və s. rayon ərazisində ən
maraqlı tarixi-mədəni abidələr hesab olunur [2, 277].
Dostları ilə paylaş: