məşğulluq və əmtəə-xidmət bazarının genişlənməsində istifadəsi problemləri meydana çıxır. Əhalinin
mənzil təsərrüfatı, qoşqu heyvanları və həmçinin fərdi maşınlar turizm xidməti üçün istifadə olunur.
kənd əhalisinin tələbi artım tempi şəhər əhalisindən yüksək olur. Amma iş yerləri, təhsil və yaşayışın
sosial təminatı şəhərlərdə yuxarı olduğu üçün miqrasiya problemləri baş verir. Kənd əhalisinin
məşğulluğunu artırmaq üçün yeni iş yerlərinin açılması kəndlərdə və dağ regionlarında
turizm
komplekslərinin tikilməsi istiqamətləri üstünlük təşkil edir.
Regionlarda kiçik və orta sahibkarlığın inkişafı həmin regionun təbii resursları, iş qüvvəsi və ərzağa
olan maliyyə vəsaitinin istehsal dövriyyəsinə imkanlarını artırır.
Əhalinin maliyyə imkanları, əmək gəlirləri, bank kreditləri və həmçinin satış üçün bazara çıxardıqları
maddi-mənəvi nemətlərin məcmuu ilə müəyyənləşir. Bu resursların formalaşmasında dövlət gəlrlərinin
kənd təsərrüfatına və kənd əhalisinə yardımları və transfer xərcləri təşkil edir. Əhalinin biznes və
sahibkarlıq fəaliyyəti
kimi turizm sahəsi ilə əlaqəsi, investor olaraq bu sahəyə kapital yatırmaq və bu
sahənin fəaliyyətindən öz fərdi və içtimai gəlirlərini artırmaq məqsədi güdülür.
Turizmin gəlirləri kəndin yerli büdcələrini və əhalinin, həmçinin dövlətin gəlirlərinin formalaşması
mənbəsi kimi çıxış edir. Daha çox turizm müəssisə olaraq mənfəət əldə etmək və mənfəətin kənd resursla-
rının təkrar istehsal və əhalinin istehlakı üçün zəruri olan əmək haqqı və digər xərcləri ödəməkdən ibarətdir.
Turizmin təbii və coğrafi əlverişli şəhər və kənd ətrafı infrastrukturla bağlı
olduğu üçün onun
məhsulunun regional differensiyası formalaşır. Regionların iqtisadi vəziyyəti, həmin regionlarda ucuz iş
qüvvəsi və təbii sərvətlər turizm məhsulunun maya dəyərini azaldır. Bu da öz növbəsində bu rayonların
turizm bazarında əlverişli mühitə görə əlavə gəlirlər əldə etməsinə səbəb olur.
Bu sahəyə qoyulan hər
kapital qoyuluşu vahidinə uyğun olaraq artımda dıgər regionlara nisbətən yuxarı olur. Ona görə də regional
inkişafı və aqlomarasiya səmərəsi həmin regionların turizm fəaliyyəti üzrə ixtisaslaşması və təşəkkülünü
təmin edir.
Turizmin kənd təsərrüfatının təbii-coğrafi mühitin fərqlərinə görə yerləşməsi əlavə dəyər yaradır ki, bu
da yerli əhali, sahibkar və yaxud ölkə miqyasında “bonus” kimi mərkəzləşdirilir və ərazinin inkişafına sərf
olunur.
Müasir dövrdə turizm bütöv sənaye və ərazi kompleksi kimi formalaşır. Bu sahə insanların istirahəti
ilə bağlı olan sənaye, nəqliyyat və digər sahələrin qarşılıqlı əlaqəsi və turist xidmətinin təşkili və idarəçiliyi
məqsədi ilə formalaşmış müəssisə, təşkilat və orqanlar daxildir. Turizm sənayesi və kompleksinə ərazinin
əhatəsində və ona yaxın sahələrdə artıq formalaşmış mehmanxana kompleksləri, yeməkxanalar, ekskursiya
şirkətləri, nəqliyyat müəssisələri və sosial-mədəni sahələr daxildir.
Turizmin ərazi inkişaf problemləri və bu sahəyə cəlb olunan maddi-maliyyə resurslarının cəlb
edilməsi istehlak malları və xidmət sferasını, kənd təsərrüfatını və emal sənayesini genişləndirmək
funksiyası durur. Müasir şəraitdə turizmin inkişafının əsas istiqamətləri strateji və islahatlar proqramının
əsas istiqaməti kimi özünü zəruriləşdirir. Dövlət turizmin inkişafı ilə məşğul olana sahibkarlara, hüquqi və
fiziki şəxslərə yardım və bir sıra iqtisadi-təşkilatı mexanizmlərlə təsir etməklə həmin regionun turizm
dövriyyəsinin artmasına səbəb olur. O çümlədən, bazarların kəsişməsi və ümumi əmtəə və xidmət tələb və
təklifin formalaşmasında turizm dövriyyəsinin rolu və xüsusi çəkisi qiymətləndirilir.
Turist bazarı turistlərin sayının və büdcə daxilində fəaliyyət mexanizmini açır. Turist dövriyyəsinin
ərazi üzrə yerləşməsi regionlar və regionlar üzrə ayrı-ayrı təsərrüfat fəaliyyətlərini müəyyənləşdirir.
Azərbaycan özünün təbii sərvətləri mərkəzdən yerləşmə radiusu və dövlət sərhədlərinə yaxınlığı
dövlət
fəaliyyəti üçün əlverişli iqtisadi və inzibati zonalara daxildir. O cümlədən turist bazarının regionlar üzrə
yerləşməsi, həmin regionlarda perspektiv baxımdan səmərəli ərazi strukturları həll edici amil olaraq qalır.
Belə ki, Xəzər və Abşeron ətrafı yay turizminin əlverişliyini Bakı-Abşeron tarixi abidələri, şəhər mühiti və
resurslarla zənginliyi, həmin regionların əhalisinin xarici turizmə ehtiyaclarını
və xarici turistlərin şəhər
üçün əlverişli mühitə tələbatını müəyyənləşdirir.
Turizmin regionlar üzrə yerləşməsi, həmin regionların məhsuldar qüvvə və infrastruktur amilləri kimi
dağlarının, çaylarının, mineral sular, tarixi abidələr və həmçinin yaşayış üçün ucuz istirahət obyektlərini
əhatə edir. Turizmin regional xüsusiyyətləri daha çox aparıcı sənaye sahəsi olan emal sənayesini, şərab,
üzüm və bir sıra konserv sənayesini artırmağı tələb edir. Digər tərəfdən turizm müəssisələrinin yerləşməsi,
onun marketinq quruluşu və seqmentləşməsi planlaşma və idarəetmə məsələlərində
iqtisadi əlverişli
mühitlə bağlıdır.
Turizm fəaliyyət sahəsi olmaqla, özünün nəzəri-metodoloji və praktiki əhəmiyyət kəsb edən təşkilatı-
iqtisadi, sosial amilləri və məqsədləri ilə tədqiq olunur. Turizmin məqsədi və onun inkişafına zəruriyyət
Dostları ilə paylaş: