Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə61/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   57   58   59   60   61   62   63   64   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
46
Baku, Azerbaijan


Turizm Azərbaycan əhalisi üçün son illərdə məskünlaşma və təbii, coğrafi şəraitin intensiv istifadəsi 
daha aktual sahəyə çevrilmişdir. Məskünlaşmanın region prioritetliyi mövcud olan dövrlərdə kənd 
turizmin, yerli təbii-iqlim şəraitindən istifadə etmək daha geniş yer tutmuşdur. Əhalinin rifahının dəyişməsi 
onların bir sıra ənənəvi tələbatının ödənilməsi, yeni daha çox dünya dəyərlərinə uyğun tələbat növünün 
artmasına səbəb olur. Bu isə respublikada tarixi dövrlərdə müəyyən xüsusiyyətlərə özünü formalaşdırır. 
Mərkəzləşdirilmiş qaydada turizm inkişafına yanaşma vahid sistem halında hər br ölkədə mövcud və 
layihələndirilən turizm bazaları, ümumi ehtiyacları üçün istifadə olunmaqla, onların maliyyələşdirilməsi və 
maddi-texniki bazanın yaradılması təmin olunur. Bazar iqtisadiyyatı şəraitində turizmin inkişafının yeni tip 
modelləri və əsas əlamətləri yaranın. Və bu əlamətlər müxtəlif ölkələrdə eyni həll olunmur. Onun region 
xüsusiyyətləri, birbaşa sahibkarlıq, biznes, maliyyələşdirmə xüsusiyyətləri ilə əlaqəli dəyişir.
Turizm sferası insan zövqünə, insanın müəyyən ünvanlı ehtiyaclarını ödəmək üçün formalaşdığı və 
sahə, ərazi strukturuna malik olduğu üçün onun əməli və çevik dəyişdirilməsi ani halda baş verir.
Turizmin motivi respublikada əhalinin məşğulluğu, onun ailə daxili həyat tərzinin keçirilməsi ilə 
bağlıdır. Respublikada turizmin əsas motivi ticarət əlaqələri və işgüzar səfərlər təşkil edir. Bu gün 
Azərbaycan Respublikası xarici ticarət dövriyyəsindən məhsullara olan tələbatını ödəmək üçün idxaldan 
mühüm amil kimi istifadə edir. İdxal və ixracın baş verməsi mərkəzləşmiş formada yox, ayrı-ayrı 
şirkətlərin və fiziki şəxslərin fəaliyyəti, yükdaşıma və əhali daşıma fəaliyyəti ilə baş verir. Azərbaycanın 
idxalında əsas tərəflərin xüsusi çəkisi daxili bazarın formalaşmasında mülkiyyət formasından asılı 
olmayaraq, kommersiya mənfəəti məqsədilə müxtəlif əlaqələr ilə gətirilən məhsulların xüsusi çəkisi birbaşa 
olmasada dolayısı yolla turizmin yolunu aça bilr. 
İdxal və ixracın strukturu ölkə daxili iqtisadi potensialın və həmçinin istehsal həcminin artması ilə 
əhalinin həyat səviyyəsinə, onun istehlak potensialına təsir edir. Zəruri məhsullara tələbatını ödəməklə, 
turist məhsullarına o cümlədən, turist niyyəti ilə gedib, özünün ailəsi və xırda biznes üçün əmtəə alıb, 
sonradan onun daxili bazarında satılması ilə məşğulluğu artırır.
Respublikada yuxarıda göstərilən funksional vəzifələri reallaşdıran, sahibkarlıq fəaliyyətinin və 
mexanizmlərin respublikada və regionlarda özünə məxsus xüsusiyyətləri formalaşır. Belə ki, hüquqi və 
fiziki şəxslər kimi sahibkarlıq fəaliyyəti, qeyri-dövlət maliyyə imkanlarını genişləndirmək üçün turizm 
məqsədi ilə maliyyə resurslarını təmin etmək üçün kredit ittifaqları yaradır. Xarici şirkətlər birbaşa əlaqəyə 
girib, müştərək, yaxud uzun müddətli kredit qoyuluşu ilə təsərrüfat formaları yaradırlar. Yerli əhali üçün 
turizmin inkişafında fərdi kapitalın daha çox əhaliyə xidmət edən obyektlərin layihələşdirilməsinə və 
istifadə üçün şəraitin yaradılmasına yönəldilir. Hər bir fəaliyyət növü dairəsi və mexanizmləri menecment 
sahəsi kimi və qərar qəbullarının səmərəli təşkili formasında baş verir. Turizmin informasiya bazarı onun 
fəaliyyəti haqqında məlumatların və reklamın səmərəli təşkili ilə baş verir.
Turizm kompleks fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti dairəsinin tərəfi ola bilər. Ona görə də 
sahibkarlığın özünün turizmi təmin edən digər sahələrin inkişafına kompleks yanaşması xərclərin 
azalmasına və ərazinin bütövlükdə sosial problemlərin həllinə şərait yaradır. Bu kompleksdə daha aparıcı 
növü rolunu nəqliyyat sferası oynayır. Turizm fəaliyyətinin əsas potensial təminatı, daşımaların 
təhlükəsizliyi, onların komfortu və həmçinin nəqliyyat xidmətində çəkilən xərclər təşkil edir. Respublikada 
beynəlxalq turist daşımaları, turistlərin nəqliyyat növünün seçilməsində onların seçimini müəyyənləşdirir.
Sahibkarlığın regional strukturu və dövlətin büdcə vəsaiti ilə ayırdığı sahibkarlığa kömək fondu və 
müəssisə təşkilatların xüsusi vəsaitləri hesabına turizm sahəsində sahibkarlıq və yaxud sahibkarlığın 
daxilində turizm xidmətinin genişlənməsi formaları ilə ərazi iqtisadi potensialının turizm dövriyyəsinə cəlb 
edilməsi prosesi genişlənir.
Turizmin respublikada inkişafı xüsusiyyətləri respublika əhalisinin məşğulluq strukturu və ailə 
tərkibində yaş quruluşuna uyğun əlverişli mühitə malikdir. Əhalinin 1,3 mln. nəfərinin pensiya yaşında 
olması, kənd yerlərində fərdi təsərrüfatın istehsal strukturunda aparıcı rol oynaması və bir sıra regionlarda 
turistlərin təminində formalaşmış ənənə sonrakı inkişaf üçün əsas yaradır.
Regionlara dövlət büdcəsi hesabına ayırmalar xüsusi vəsaitlərin, müəssisə və təşkilatların maliyyə 
resurs imkanlarının, həmçinin əhali vəsaitlərinin istifadəsində azad rəqabət mümkün olsada, vahid turizm 
strategiyası, onun proqramları və tənzimləmə siyasəti dövlət siyasətinin tərkib hissəsi kimi qəbul edilir.
Turizmin inkişafında, onun məhsulunun seqmentləşməsi ilə istehsal bazarı arasında əlaqə sahələr 
və sahələrarası komplekslərlə baş verir. Turizm fəaliyyətinin sənaye, kənd təsərrüfatı və uyğun 
infrastruktur strukturaları ilə əmtəə-xidmət mübadiləsi və təsərrüfat əlaqələri mövcuddur. Bu əlaqələr 
tənzimləmə və idarəetmə obyekti olaraq tarazlı inkişaf prizmasından formalaşdırılır və uyğun mexanizmlər 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin