Yuxarı
Ərəgit məscidləri, İsmayıllı, Diyallı, Topçu, Yeniyol, Mican, Tağlabiyan, Gilyan və
Aşıqbayram kəndləri ərazisində yerləşən XIX-XX əsrlərə aid olan məscidlər rayonda dini və dərketmə
turizminin inkişafına təkan verən maraqlı tarixi-mədəni rekreasiya ehtiyatlarıdır.
Bildiyimiz kimi İsmayıllı uzun müddət Qafqaz Albaniyasının
tərkibində olmuşdur və bu
səbəbdən rayonda həmin dövrə aid tarixi-memarlıq abidələrinə rast gəlmək mümkündür. Bu növ tarixi
abidələrdən biri də Mehranilər sülaləsindən olan Albaniya hökmdarı Cavanşir tərəfindən inşa etdirilən
Cavanşir qalasıdır. Talıstan kəndindən 4 km şimalda yerləşən, inzibati mərkəz və müdafiə istehkamı
kimi istifadə olunmuş qala eramızın VII əsrində tikilmişdir. Sahəsi təqribən 2 ha olan qala cənub
divarlarının qalınlığı 2 metr, hündürlüyü isə 10 metr olan əsas və “içqala”
olmaqla iki hissədən
ibarətdir. “İçqala” dağın ən hündür hissəsində yerləşir. Qalanın şimal ucunda silindirvari bürclə
tamamlanmış eni 2 metr, uzunluğu isə 50 metr olan divar çıxıntı vardır. Burada eyni zamanda diametri
8 metr olan 6 bürc də var. Həyətində çox nadir hallarda rast gəlinən gül və ağacların bitdiyi qaladan 7
km aralıda Xanəgah kəndində yerləşən Qız qalasına yeraltı yolun olması ilə bağlı
fərziyyələr
mövcuddur.
Yerli əhali tərəfindən Qırxotaq və Qırxqız da adlandırlan Haram qalası Sulut kəndi ərazisində,
Haram çayının
sağ sahilində, mənzərəli bir ərazidə yerləşir. Adından göründüyü kimi qalada 40-dan
çox otaq var. Rəvayətə görə, Şirvan xanları hər otaqda bir qız saxlamış
və bura Hərəmxana kimi
istifadə olunmuşdur. Qalanın adı da məhz bundan qaynaqlanır. Həmin kənd ərazisində XVIII əsrə aid
edilən Fitdağ qülləsi də yerləşir. Deyilən rəvayətə görə, Makedoniyalı İsgəndər Midiyadan keçərkən
Şirvanda düşərgə salmışdır. Müharibədən sonra istirahətə buraxılmış yorğun olan əsgərlər şərab içərək
gəzmiş və təyin olunmuş vaxtda düşərgəyə gəlib çıxmamışdır. Bundan narahat olan İsgəndər dağda
şeypurların çalınmasını əmr etmiş və güclü şeypur sədalarını eşidən əsgərlə geri qayıtmışdır.
Yüksəklikdən ətrafa aramsız fit səsi yayıdığına görə bura “Fit dağı” adlanmışdır [2, s.281]
Dostları ilə paylaş: