Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə56/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   52   53   54   55   56   57   58   59   ...   356
Kitab Turizm

Cümə Məscidi 
- Azərbaycan Respublikasının ən qədim və ən böyük məscididir. 743-744-cü 
illərdə inşa olunmuş məscid Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü ildə tikilmişdir) 
sonra ən qədim məscid hesab olunur. Məsciddə eyni anda 3000 insan dini ibadətlə məşğul ola bilər. 
Bəzi mənbələrin verdiyi məlumata əsasən Xəzər xaqanı islamı bu məsciddə qəbul etmişdir. XVII əsrdə 
Şamaxıya səyahət edən Övliya Çələbi həyətində mədrəsə olan böyük məscidin fəaliyyət göstərməsi 
haqqında məlumat vermişdir. Məscid orta əsrlərdə bir neçə dəfə bərpa olunmuşdur. Lakin 1856 və 
1902-ci illərdə baş vermiş zəlzələ nəticəsində dağılmış və birinci dəfə memar Qasım bəy 
Hacıbababəyov, daha sonra isə memar İosif Ploşko tərəfindən bərpa olunmuşdur. Məscid 1918-ci ildə 
ermənilər tərəfindən yandırılmış, Dövlətimizin başçısı İlham Əliyevin sərəncamına əsasən 2010-2013-
cü illərdə əvvəlki görkəmində bərpa edilmişdir.
S.Ə.Şirvani adına Tarix-Diyarşünaslıq Muzeyi 
- ölkəmizdə fəaliyyət göstərən regional muzeylər 
arasında ilk dəfə olaraq dünya muzey standartları (xronoloji ardıcıllıq, işıq effektləri, Azərbaycan və 
ingilis dillərində informasiya, müasir elektron vasitələr və s.) əsasında qurulmuş muzey 1945-ci ildə 
Şamaxı Ölkəşünaslıq Muzeyi adı altında yaradılmışdır. Muzeyin ilk rəhbəri filoloq alim Bilal 
İbrahimov olmuşdur. Hazırda muzeydə 7000 - dən çox eksponat vardır ki, bunların əldə edilməsində 
Şamaxı ziyalılarının rolu əvəzedilməzdir. Ta qədim dövrlərdən başlayaraq son zamanlaradək tarixi, 
arxeoloji tapıntılar, maddi-mədəniyyət abidələri, o cümlədən etnoqrafik, epiqrafik, numizmatik 
nümunələr muzeyin ekspozisiyasını bəzəyir. 
Ölkəmizdə mövcud olan 9 iqlim tipindən 3-nə rast gəldiyimiz, Şirvan elinin ən gözəl və səfalı 
guşələrindən olan İsmayıllı rayonu Böyük Qafqazın cənub ətəklərində, Azərbaycanın şimal 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin