Tourism and recreation in the XXI century: problems and prospects



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə60/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   56   57   58   59   60   61   62   63   ...   356
Kitab Turizm

PROCEEDINGS 
 
 - PART II - 
 
 
 


BÖLMƏ 2. TURİZM BAZARI: MÜASİR VƏZİYYƏTİ, 
PROBLEMLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ 
 
AZƏRBAYCANDA TURİZM BAZARARININ FORMALAŞMASI 
AMİLLƏRİ VƏ PERSPEKTİVİ 
 
ƏLİRZAYEV Əli Qənbərəli oğlu
 
i.e.d., prof., əməkdar elm xadimi, 
Avropa Təbiət Elmlər Akademiyasının akademiki
Azərbaycan Dövlət İqtisad Universiteti 
 
Abstract
: Factors of the formation of the tourism market and the main trends are analyzed. 
Demand and supply mechanisms in the tourism market are justified. The tourism market connection is 
opened to economic growth and structural reforms. Dynamics and improvement directions of tourism 
market are given in Azerbaijan.
The role and place of the tourism market in shaping the import and export potential of the 
country is determined, and recommendations for a perspective period are given. 
Keywords: 
Tourism potential, cross-sectoral communication, tourism and agriculture, regional 
tourism, state regulation of tourism, social consequences of tourism, tourism organization, household, 
ecological tourism. 
 
 
İqtisadi inkişafın ərazi problemləri qloballaşan şəraitdə həlli və təşkili istiqamətində turizmin təşkili və 
onun kompleks iqtisadi idarəetmə yolları mühüm əhəmiyyət kəsb edir. Turizm müasir inteqrasiya 
şəraitində aml və fəaliyyət sferası olmaqla bir sıra kompleks problemlərin və idarəetmə mexanizmlərin 
məcmuu və qarşılıqlı əlaqəsi kimi formalaşır və dəyişir. Onun içtimai və iqtisadi rolu qlobal və sahə 
meyarları baxımından ölçülür. Təbii resursların iqtisadi dövriyyəyə və istehlak amilinə cəlb edilməsi
həmin resursların istifadəsi üçün infrastrukturaların reallaşması, son nəticə turizmin iqtisadi artım və sosial 
inkişafın tərkib elementinə çevrilməsi bir sıra nəzəri və metodoloji prinsiplər, metodlar və mexanizmlər 
əsasında baş verir. 
Turizmin kompleks problemləri onun iqtisadi sosial mahiyyətini, inkişaf prosesində rolunu və 
həmçinin təşkilinin bazar tipli modelinin spesifik xüsusyyətlərini yaradır. Turizmin kompleks və sistemli 
təsviri yanaşma metodologiyası baxımından bir sıra amillərin iqtisadi və sosial mexanizmlərin ərazi 
coğrafi, siyasi motivini formalaşdırır, onun təşkilatı iqtisadi idarəetmə obyekti kimi sistem və çevik 
idarəetmə obyekti kimi baxılmasına gətirib çıxarır.
Turizmin çox aspektliyi, onun çox saylı amillərdən asılı formalaşması turizmin tədqiqat obyekti kimi 
dərinliyini və miqyasını müəyyənləşdirir. Ona görə də turizmin tədqiqat obyekti kimi, coğrafi, təşkilatı 
iqtisadi və resurs təminatı olaraq müxtəlif prizmadan öyrənilməsi baş verir. Turizmin ərazi baxımından 
tədqiqi məhsuldar qüvvələr kimi yerli resursların xarici istehsalçılar və yaxud əhalinin xarici turizm 
xidmətindən istfadə istiqamətlərində öyrənilməsi yolu ilə baş verir. Turizmin iqtisadi əsasları, onun 
potensial imkanları və onlardan istifadə, həmçinin iqtisadi potensialın bu sahəyə yönəldlməsi və birlikdə 
istifadəsi istiqamətlərini müəyyənləşdirir. Turizmin sosial-iqtisadi problemləri çoxşaxəli amillər, məqsədlər 
və nəticələr baxımından öyrənilməsi mümkün olduğu üçün biz onun əsas iqtisadi və region problemlərini 
və istiqamətlərini tətqiq etməklə, onun inkişafı yollarını müəyyən edirik.
Hər bir ölkənin iqtisadi durumu onun məhsuldar qüvvələrinin ərazi və sahə quruluşu, yerləşməsi, 
istifadə dərəcəsi son nəticədə bütün sosial sferanın və onun əsas göstəricisi olan rekreasiya tələbatını, 
turizm xidmətini müəyyənləşdirir. Azərbaycanda mövcud coğrafi-iqtisadi potensial, transformasya sürəti 
və bütövlükdə iqtisadi və təbii əhali artımı turizmin inkişafı üçün bazar xüsusiyyətlərinə uyğun amillər və 
nəticələr formalaşdırır. Respublikada əhalinin kənd yerində yaşaması, sahibkarlığın kənd yerlərində inkişafı 
zəruryyəti, turizm yolu ilə mümkünlüyü onun əsas obyektivliyini təmin edir. Regionların kompleks 
inkişafına turizmin təsiri qarşılıqlı əlaqədə həll edilir. Turizmin sahələrinin seçilməsi hər bir bölgə üçün, 
onun potensialına uyğunlaşdırılır. Hansı turizm növünün səmərəliliyi çox meyarlı fəaliyyət və proqnozlara 
görə müəyyənləşir. Belə proqnozlardan mühümü sosial meyarlardır.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin