Giriş Tədqiqatın aktuallığı . Mövzunun aktuallığı ondan ibarətdir ki , müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur. O, bir çox ölkələrin ümumi daxili məhsulunda geniş bir paya sahib olub, neft hasilatı və avtomobilqayırma sənayesi ilə rəqabətə girmişdir. Turizm əhalinin məşğulluğuna da güclü təsir etməkdədir.Öz zəngin milli –mədəni irsi , tarixi abidiləri , meşələri, çimərlikləri ilə öyünən Azərbaycanımızda da orijinal turizm məhsulu yaratmaq olar. Dünya üzrə hər səkkiz işçidən birinin turizm sektorunda işlə təmin olunması turizmin çox əmək tutumlu, eyni zamanda yüksək əmək haqqı səviyyəsi ilə seçilməsi də onun üstün cəhətlərindən sayılır. Bu baxımdan Azərbaycanda turizm həm də yoxsulluq səviyyəsinin azaldılmasında, əhali köçlərinin, xüsusən ucqar kəndlərin boşalmasının qarşısının alınmasında güclü bir alət kimi istifadə oluna bilər.
Tədqiqatın məqsədi . Turizm sənayesinin inkişaf etdirilməsi öz başlanğıcını turistlərə təklif olunan turizm məhsullarından götürdüyünü nəzərə alsaq , turizm məhsulunun inkişafı üçün lazım olan tədbirlərin həyata keçirilməsi , onun yüksək səviyyəyə çatdırlıması əsas tədqiqatlardan biri olmalıdır.
Bu tədqiqatın əhəmiyyəti odur ki , turizm məhsulunun inkişafı yerli turizm məhsullarının satılması və gəlirlərin əldə edilməsi ilə bərabər , digər sənaye sahələrinin də inkişafına köməklik etmiş olar.Bu da öz növbəsində ölkəmizdə həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına və işszilik problemlərinin aradan qaldırılmasına yardımçı olar.
Tədqiqatın predmeti və obyekti. Bu tədqiqatın predmeti bazar iqtisadiyyatı şəraitində turizm sənayesinin tərkib hissəsi kimi turizm məhsulunun əhəmiyyətidir.Obyekti isə - ayrı-ayrı turizm müəssisələri və xidmətləridir.
Praktiki əhəmiyyəti. Mövzunun praktiki əhəmiyyəti çox böyükdür.Belə ki, apardığım bu təhlil iqtisadiyyatla turizm arasındakı qarşılıqlı əlaqələrə bir daha nəzər salmağa imkan yaradır və bununla da biz əldə olunmuş nailiyyətlər, bazar subyektlərinin daha səmərəli fəaliyyət göstərməsi imkanları, qarşıda duran problemlər və onların mümkün həlli yollarına nəzər salmaq imkanı qazanırıq. Burada mümkün potensialın yenidən qiymətləndirilməsi və səmərəliliyin artırılması üçün təkliflər öz əksini tapıb.
Tədqiq edilən mövzu ilə bağlı topladığım informasiya və məlumatların mənbələri çox saylıdır. Burada müxtəlif yerli və xarici iqtisadçı müəlliflərin fikirləri, statistik məlumatlar, təhlil və araşdırmalar öz əksini tapıb. Həmçinin bu araşdırmada müxtəlif aktual qəzet və jurnallardan olan məlumatlardan da istifadə olunub.
Buraxılış işinin strukturu. Buraxılış işinin strukturu qarşıya qoyulan məqsədə uyğun olaraq formalaşdırılmışdır. Buraxılış işi girişdən, üç fəsildən , altı yarımfəsildən və nəticədən ibarətdir.
Buraxılış işinin birinci fəsilində turizm məhsulu və onun mahiyyəti , turizm məhsulunun tərkibinə daxil olan komponentlər və onların formalaşmasına təsir edən amillər öyrənilir.İkinci fəslində isə məhsulun formalaşması mərhələləri , onlara təsir edən amillər və bu amillərin ölkəmizdə turizm məhsuluna göstərdiyi təsir barəsində də söhbət açılır.Üçüncü fəsildə isə turizm məhsulunu formalaşdırmış və ya potensial turizm ehtiyatları olan ölkələr üçün bu məhsulun satışının həyata keçirilməsi üçün aparılan reklam –təbliğat məsələləri və bu satışı reallaşdırmaq üçün istifadə olunan satış kanalları haqqında geniş məlumat verilmişdir.