idxal üçün sərf olunacaq maliyyə vəsaitləri yerli sektorların ehtiyacı və inkişafı məqsədilə xərclənir.
İƏİT üzrə araşdırmalara əsasən Turizm ixracının 80%-i ixrac edən ölkə üçün əlavə dəyər yaradır və
yalnız 20%-i isə başqa ölkədə əlavə dəyər yaradır [2].
Turizmin əsas üstünlüklərindən biri onun əməktutumlu olmasıdır. Turizm xidmətlərinin artımı birbaşa
şəkildə ölkədə məşğulluğun artmasına, başqa bir tərəfdən isə, turizm sektoru üzrə əmək bazarında əmək
haqlarının yüksəlməsinə səbəb olur [4].
Turizm iqtisadiyyatda multiplikativ təsirə malikdir. Turizmin multivlikativ təsiri dedikdə turizmdən
əldə olunan gəlirlərin iqtisadi sektorlar üzrə paylanması nəzərdə tutulur. Turizm fəaliyyəti ayrıca fəaliyyət
sahəsi olmadığına görə bütün iqtisadi sektorlar ilə qarşılıqlı əlaqədədir. Belə ki, turistlərin ehtiyaclarının və
istəklərinin ödənilməsi dedikdə təkcə turizm məhsulları (təbiət
gözəllikləri, kurort zonaları və başqaları)
nəzərdə tutulmur, eyni zamanda nəqliyyat, kənd təsərrüfatı, maliyyə və başqa sektorlar əhatə olunur. Bir
əraziyə turistlərin gəlişi təkcə bir sektor üzrə valyuta axınına səbəb olmur, habelə turizmi dəstəkləyən başqa
sahələr üzrə gəlirlərin paylanmasına şərait yaradır. Bu sektorlar da xammal və avadanlıq almaqla başqa
sektorların gəlir əldə etməsinə səbəb olurlar. Bu səbəbdən də qeyd etmək olar ki, turizm iqtisadiyyatda əsas
katalizator sektordur. Turizmin inkişafı multiplikativ təsir vasitəsilə başqa sektorlara da sirayət edir.
Beləliklə də qeyd edilməlidir ki, turizm iqtisadi inkişafa birbaşa, dolayı və induksiya edilmiş təsirləri vardır.
Turizmin birbaşa təsiri dedikdə turistlərlə birbaşa əlaqədə olan sahələrin (otellər,
restoranlar, kurort
mərkəzləri və başqaları) gəlirləri nəzərdə tutulur. Lakin turizmin təsiri bununla yekunlaşmır. Turizmin
dolayı təsiri dedikdə isə turistlərlə birbaşa əlaqədə olan sektorlara əmtəə və
xidmət təklif edən sahələr
nəzərdə tutulur. Turizmin induksiya edilmiş təsiri isə turizmdən əldə olunan gəlirlər hesabına yerli
sahələrdə (daşınmaz əmlak bazarı, ərzaq, nəqliyyat, təhsil və başqa istehlak məhsulları) tələbin artımıdır.
Beləliklə də turizmin birbaşa, dolayı və induksiya edilmiş təsirləri bütünlükdə ölkə iqtisadiyyatı üzrə
paylanır. Dolayı və induksiya edilmiş təsirlərin dərəcəsi regiondakı biznes qurumları və ev təsərrüfatlarının
yerli məhsul almaq səviyyəsindən asılıdır. Hər nə qədər yerli məhsullar daha çox istehlak olunarsa region
turizm sənayesindən bir o qədər faydalanmış olar [4].
Qeyd etmək lazımdır ki, turizmin iqtisadi inkişafa müsbət təsirini gücləndirmək və turizm sektorunun
davamlılığını təmin etmək məqsədilə təkcə bu sahənin
irəliləyiş əldə etməsinə deyil, bütünlükdə
tamamlayıcı sahələrin də genişlənməsi nəzərə alınmalıdır. Belə ki, turizm sektoruna lazım olan
təhlükəsizlik, lazımi xidmətlər,
müvafiq infrastruktur, əlverişli yerlərin tanıdılması və başqa məsələlər
zəruri səviyyədə olmadıqda bu sahədə əldə edilən gəlirlərin azalmasına səbəb olmaqla yanaşı, eyni
zamanda turizm ilə başqa sektorların əlaqələrinin zəifləməsinə gətirib çıxara bilər. Turizmin inkişafına
maneə olan səbəblərdən biri sektorlar arası əlaqələrin lazımi səviyyədə olmaması, habelə tələb olunan kənd
təsərrüfatı və sənaye məhsullarının əsasən idxal hesabına olmasıdır. Bu səbəbdən də qeyd etmək olar ki,
turizmin başqa sektorlar ilə güclü əlaqələrə malik olması bu sahənin tək halda inkişafını qeyri-mümkün
edir. Turizmin bir sıra tamamlayıcı sahələr (tikinti, təhlükəsizlik, tibbi xidmətlər, emal, kənd təsərrüfatı və
başqa) ilə birlikdə inkişaf etdirilməsi daha zəruridir.
Beləliklə, qeyd edilən üstünlüklərə görə dünya ölkələrinin əksəriyyəti turizmin inkişafının
labüdlüyünü qəbul etmiş və onun inkişaf amillərinin müəyyənləşdirilməsinə çalışmışlar. Ölkələr üzrə
müşahidə edilən təcrübələrə əsasən turizmin inkişafının müxtəlif amilləri mövcuddur. Turizmin uğur əldə
etməsinə təsir edən amillərdən biri ölkənin sosial-iqtisadi və infrastruktur baxımından inkişafıdır. 2005-ci
ildə Sing və Kaur 53 ölkəni əhatə edən tədqiqatlarında
bu qənaətə gəlmişlər ki, turizmin inkişafına təsir
edən əsas amillərdən biri ölkədə infrastrukturun keyfiyyəti və texnoloji inkişafdır. Oxşar olaraq 2001-ci ildə
Çanq və Li öz araşdırmalarının nəticəsində bildirmişlər ki, Avropa, Asiya və Şimali Amerika arasında
turizm xidmətlərinin ticarətinə müsbət təsir edən əsas amil infrastrukturun inkişafı olmuşdur. 2008-ci ildə
Euqeni-Martin və başqaları apardıqları təhlilin nəticəsində qeyd etmişlər ki, inkişaf etmiş ölkələrdə deyil,
inkişaf etməkdə olan ölkələrdə turistlərin cəlb edilməsində ölkənin iqtisadi
inkişaf səviyyəsi daha çox
əhəmiyyətlidir [6].
Ölkədə dövlət orqanlarının fəaliyyətinin iqtisadiyyatın turizm yönümlü diversifikasiyasında və artım
strategiyasında əhəmiyyəti böyükdür. Belə ki, 2010-cu ildə Col və Budak ölkədə cinayət hadisələrinin
çoxluğunun, habelə 2004-cü ildə Eylat və Eynav, 2008-ci ildə Sequira və Nanes siyasi riskin yüksəkliyinin
turizmin inkişafına mənfi təsir göstərdiyini vurğulamışlar. Eyni zamanda, 2011-ci ildə Brau və başqaları
korrupsiya hallarının azlığı, dövlət orqanlarının sorumluluğu,
dövlətin effektivliyi, siyasi sabitlik və
qanunun aliliyi kimi dövlət orqanlarının yüksək fəaliyyətini turizm iqtisadiyyatının inkişafında müstəsna
əhəmiyyətə malik olduğunu bildirmişlər. Eyni zamanda, sahibkarlığı
inkişaf etdirən və turizm
Dostları ilə paylaş: