Tourism and recreation in the XXI century: problems and prospects


Qrafik 1. İllər Üzrə Azərbaycana Gələn Turist Sayı (min nəfər)



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə353/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   348   349   350   351   352   353   354   355   356
Kitab Turizm

 
Qrafik 1. İllər Üzrə Azərbaycana Gələn Turist Sayı (min nəfər) 
Mənbə:
ARDSK Nəşrləri.2018 
483.163 
602.047 
680.909 
766.992 
793.345 
1066.29 
1350 
1425 1460 1490 
1560 
1830 
1962 
2239 
2484 2508 
2297 
2009 
2248 
2696 
0
500
1000
1500
2000
2500
3000
1998 1999 2000 2001 2002 2003 2004 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014 2015 2016 2017
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
287
Baku, Azerbaijan


Azərbaycan, 1994-cü ildən bəri turizm sahəsində müxtəlif ölkələrlə bir çox müttəfiqlik 
müqaviləsi imzalamışdır.Azərbaycan Gənclik, İdman və Turizm Nazirliyi tərəfindən, Beynəlxalq 
Turizm Təşkilatına üzv olduğu 27 sentyabr 2001 tarixindən sonra, turizm sektorunun inkişaf 
etdirilməsi məqsədiylə, beynəlxalq təşkilatların maliyyə dəstəyini və digər ölkələrdə fəaliyyət göstərən 
turizm şirkətlərinin Azərbaycana investisiya qoymalarını təşviq məqsədiylə xüsusi investisiya 
proqramı hazırlanmışdır. Hazırlanan sənədlərlə, ölkənin turizm sektorunun inkişafı baxımından həm 
tanıtılması, həm də sektora diri investisiyaların qoyulması təşviq edilməyə çalışılır. Turizm sektoru 
üçün lazımi kadrların yetişdirilməsi məqsədiylə də ali təhsil səviyyəsində bəzi fəaliyyətlər görülür. 
Turizm və Menecmet Universitetinin fəaliyyətə başlaması təqdirəlayiq addım-lardandır. Bundan əlavə, 
sektorda işləyənlərin məsləki inkişaflarının təmini məqsədiylə, başda Türkiyə olmaqla bəzi ölkələrin 
turistik regionlarında məsləki təhsil kursları almaları təmin olunur. 
Yeni yaradılan Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara və Tovuz-Qazax turizm yollarını 
müasir standartlara çatdırmaq məqsədiylə, Azərbaycan Turizm Nazirliyi tərəfindən, beynəlxalq turizm 
şirkətlərinə dəyəri 100 min dollar - 50 milyon dollar arasında dəyişən layihələr təqdim edilmişdir. 
Digər tərəfdən 27 avqust 2002-ci il tarixli və 1029 sayılı sərəncamla “2002-2005 İli Üçün 
Turizmin İnkişafına Dair Dövlət Proqramı” təsdiq edilmiş və uğurla həyata keçirilmişdir. Ölkə başçısı 
mərhum Heydər Əliyevin imzaladığı fərmanla turizm fəaliyyətləri ilə məşğul olan şirkətlər üçün 
verilən lisenziya müddəti iki ildən beş ilə çıxarılmışdır. Dövlət rüsumu 8 milyon manatdan 2 milyon 
750 min manata endirilmişdir. (Denominasiyadan əvvəlki manat) Nəticədə turizm sektorundakı 
şirkətlərin sayı hər il daha da artmışdı.
2018-ci ilin statistikasina görə Azərbaycanda turizm sektorunun yaratdığı əlavə dəyər 3 milyard 
manatdan artıqdır və ÜDM nin 5% yaxın bir deyərdir.Sektorda qırx minə yaxın əmək qüvvəsi 
mçvcuddur.Eyni zamanda Azərbaycanda 400-ə yaxın tur agentliyidə iki minə yaxın əməkdaş fəaliyyət 
göstərməkdədir. 
2019-cu ilin yanvarın 1-ə olan vəziyyətə görə, Azərbaycanda 596 mehmanxana müəssisəsi 
qeydiyyatdan keçib. 2018-ci il ərzində 33 yeni otel fəaliyyətə başlayıb, onlardan 15-i Bakıdadır. 
Mehmanxanalarda eyni vaxtda 46,7 min nəfərin yerləşə biləcəyi 22,2 min nömrə var .Bakının 
mehmanxana nömrələrinin xüsusi çəkisi ölkənin mehmanalarının nömrə fondunun 46%-dən çoxunu 
təşkil edir. Bundan əlavə Azərbaycanda təqribən yeni turistik otel inşa edilir, regionlarda turizm-
informasiya mərkəzləri yaradılır. 
2004-2019-ci illəri əhatə edən regiona inkişaf proqramlarında inkişaf etdirilməsi lazım olan ilk 
hədəflər arasında olan turizm sektoru ilə əlaqədar olaraq, regionlarda eko-turizmin inkişafı məqsədiylə 
hazırlanan layihələr və iş planları, bu sahəyə maraq göstərən xarici investorlara təqdim edilmişdir. 
Müxtəlif proqram və layihə və mədəniyyət tədbirlərilə Azərbaycan; turizmin bir inkişaf 
perspektivi ola biləcək, infrastrukturun tənzimlənməsiylə geniş bir turizm potensialına sahib olacaqdır. 
Hələ kifayət qədər tanınmayan və turizm investorlarını gözləyən Quba, Nabran, Şəki, İsmayıllı kimi 
şəhərlər və regionlardakı təbii gözəlliklərlə yanaşı, demək olar ki hər küçədə olan mədə-niyyət və 
sənət mərkəzləriylə Bakı inkişaf etməkdə olan turizm sektorunda əvəz edilməz yerə sahib olacaqdır. 
Azərbaycanda sonillərdə turizm sektorunun inkişafında çox əhəmiyyətli hadisələr 2012 ci ildə 
Bakıda keçirilən "Eurovisya" yarışması və 2015-cı ildə ilk dəfə Bakıda start verən Avropa Oyunları 
Bakı 2015 tədbirləri olmuşdur. Bu beynəlxalq tədbirlər nəticəsində Azərbaycan dünyanın diqqət 
mərkəzi halına gəlmişdir. Son illərdə istifadəyə verilən Şahdağ Turizm kompleksi, Nabran, Naftalan 
və Qəbələdəki turizm obyektləri xarıcı turıstlərin diqqətini çəkməkdədir. 
2023-cü ili hədəfləyən proqnozlarına əsasən Azərbaycana gələcək xarici turistlərin sayı 4 
milyondan çox olması gözlənilir. Bundan əlavə yaxın illərdə 100 min yataq yerinin yaradılması 
nəzərdə tutulur. Bu program uğurla başa çatdırılarsa Azərbaycanda 2023-cü ilə qədər turizm 
şirkətlərinin sayı - 350, mehmanxanaların sayı -1500, yerləşdirmə obyektlərinin sayı -95 min, turizm 
sahəsində çəlışanların sayı -75 min, Azərbaycana gələn əcnəbilərin sayı- 5 milyon, turizimdən əldə 
olunan gəlirin 3 milyard dollardan çox olacağı proqnozlaşdırılır. Ümumilikdə Azərbaycanın 
rayonlarında turist bazaları yaratmaq üçün ideal imkanlar var. Turizmin inkişafı həm də regionların 
sosial-iqtisadi inkişafı baxımından çox vacibdir. Bu həmçinin on minlərlə iş yerinin açılması, kənd 
təsərrüfatı mallarının rahat satışı, bölgə əhalisinin sosial rifah halının yaxşılaşması deməkdir. Belə 
olduqda rayon sakinlərinin iş dalınca paytaxta və xarici ölkələrə axınının qarşısını əhəmiyyətli 
dərəcədə ala bilər.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin