Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə354/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   348   349   350   351   352   353   354   355   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
288
Baku, Azerbaijan


Turizm hazırda dünya iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib. Ümumdünya Ticarət 
Təşkilatının proqnozlaşdırmasına görə, səyahətə çıxan turistlərin sayı həril 4,1 faiz artmaqdadır və 
2020-ciildə səyahətə çıxanlarınsayı 1,6 milyard nəfərə çatacaq. Bu, onu göstərirki, dünyada turizmin 
xidmətinin rolu artmaqdadır və yaxın gələcəkdə dahadaartacaqdır. Bu baxımdan ölkədə turizmin 
təşkili və onun iqtisadiyyatda rolunun artması çox aktual məsələlərdən biridir. Turizmin iqtisadi 
mahiyyəti onunla izah olunur ki, o, müştərilərə məhsulunu və xidmətlərini təklif etməklə yerli 
sənayenin, kənd təsərrüfatının və digər sahələrin tələbini canlandırır, onlarınin kişafına, istehlak 
mallarının istehsalını artırmağa, məşğulluğun yüksəldilməsinə təsir göstərir. Bununla həm də turist 
axını mədəniyyət, əyləncə, istirahət müəssisələrinin (muzeylər, incəsənət, idman-kurort, sərgilər, xalq 
sənətkarlığı, abidələr, şou və s.), mehmanxanaların, nəqliyyat müəssisələrinin gəlirlərini artırır. Bu isə 
vergi ödəmələri hesabına fayda verir və ölkəyə xarici valyuta axınına səbəb olur. 
Dünyanın bir çox ölkələrində turizm insanların sağlamlığında, asudə vaxtlarının səmərəli 
istifadəsində, iqtisadiyyatda önəmli yer tutur, regionların sosial inkişafına təkan verir, büdcəyə əlavə 
vəsaitlərin cəlb edilməsinə əlverişli şərait yaradır. Bu gün dünya milli məhsulunun, dünya 
investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10%-i turizmin payına düşür. Qeyri-neft 
sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsi müasir dövrdə ölkədə qarşıda duran 
mühüm vəzifədir. Çoxsaylı tədqiqatlar göstərir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri 
arasında aparıcı mövqelərdən birini tutur. 
Ümumiyyətlə, turizm və sosial-mədəni servis xidməti fəaliyyət növü kimi əhalinin asudə vaxtının 
səmərəli istifadə edilməsinə, ekskursiya, səyahət və turist marşrutlarının təşkilinə, həmçinin turistlərin 
başqa xidmət növlərindən istifadəsinin genişlənməsinə təkan verir. Turizm xidmətləri bilavasitə turist 
təşkilatlarının fəaliyyətinin nəticəsidir. Turizm xidməti əməyin spesifik xüsusiyyətlərini və məzmunu 
müəyyənləşdirən milli iqtisadiyyatın müstəqil sahəsidir. Turizmdə əmək məhsuldarlığının artım sürəti 
üçün xidmətin səviyyəsinin yüksəldilməsi, əməyin təşkili və stimullaşdırılmasının forma və üsullarının 
təkmilləşdirilməsi, turizmin sosial-mədəni servis xidmətlərinin təşkili zəruridir. 
Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən 
birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Aparılan hesablamalara 
görə, dünyada milli məhsulun, dünya investisiyalarının, iş yerlərinin və dünya istehlak xərclərinin 10 
faizi turizmin payına düşür. Azərbaycanda isə 2015-ci ildə ümumi daxili məhsulun 4,5 faizi, ölkə üzrə 
investisiyaların 5,3 faizi turizmin payına düşür, iqtisadi fəaliyyətlə məşğul olan əhalinin 1,1 faizi 
turizm sahəsində çalışır. Göründüyü kimi, son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi 
irəliləyiş bu vəzifənin yeni imkanlarına adekvat surətdə cavab verərək, həllinə şərait yaradır. 
Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafının təmin edilməsi və turizmin 
ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi məqsədilə Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyev tərəfindən 2010-cu il 6 aprel tarixində “Azərbaycan Respublikasında 2010-
2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam 
imzalanmışdır. 
Dövlət Proqramının başlıca məqsədi Azərbaycanda yüksək iqtisadi, sosial və ekoloji tələblərə 
cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf 
dayaqlarından birinə çevrilməsini təmin etməklə yanaşı, turizmin fəaliyyətinin genişləndirilməsinə 
şərait yaradılmasıdır. Hazırda “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektoru üzrə strateji yol 
xəritəsi”nin əsaslarından biri olan turizm sferasının gündən-günə inkişaf etdirilməsi Azərbaycanın 
beynəlxalq turizmə inteqrasiya etməsindən çox aslıdır. Turizm və aidiyyatı sahələrdə çalışan işçilərin 
sayı 42 min nəfər, turizm sahəsinin ölkənin ümumi daxili məhsulundakı xüsusi çəkisi isə 4,1% olub. 
Həmçinin, Azərbaycan mehmanxanalarında keçirilən gecələmələrin sayı 2013-cü illə müqayisədə 
0,8% artaraq 1687,5 min adam-gecə təşkil edib. Bunun 47,6%-i xarici ölkə vətəndaşlarının payına 
düşüb. Ümumi gecələmələrin 64,1 faizi Bakı şəhərində qeydə alınıb. Eyni zamanda, mehmanxana və 
mehmanxana tipli müəssisələrdə 392,8 min nəfər xarici ölkə vətəndaşı gecələyib. Onların əsas 
hissəsini Böyük Britaniya, Rusiya, Türkiyə, ABŞ, Almaniya, İran, İtaliya, Ukrayna, Fransa, 
Gürcüstan, Çin və Qazaxıstan vətəndaşları təşkil edib. Əcnəbilərin 73,2 faizi ölkəyə turizm məqsədilə 
səfər edib. 2013-cü illə müqayisədə bu müəssisələrin xidmətlərindən istifadə edən Bolqarıstan, 
Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, Almaniya və 
Rumıniya vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Turistlərin 43,1 faizi istirahət və 
əyləncə, 37,5 faizi işgüzar, digərləri isə turizm məqsədilə ölkəyə səfər edib. İstirahət və əyləncə 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   348   349   350   351   352   353   354   355   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin