292) Uşaqlarda ayaq darağı sümüklərinin sümüyün köndələn ölçüsünün 1/2-i qədər yerdəyişməsində ətrafın fiksasiyası necə aparılır?
A) Leykoplastrla sarğı qoyulur
B) Pəncənin boylama tağı yaxşı formalaşdırılmaqla dərin gips longeti qoyulur və 3-5 gündən sonra longet gairəvi gips binti ilə bərkidilir
C) Bintlə adi sarğı qoyulur
D) Dairəvi gips sarğısı qoyulur
E) Səkkizvari sarğı qoyulur
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
293) 10 yaşdan yuxarı uşaqlarda ayaq darağı sümüklərinin cüzi yerdəyişmə ilə olan sınıqlarında immobilizasiyanın müddəti nə qədər olur?
A) 7 gün
B) 10 həftə
C) 10 gün
D) 4 həftə
E) 8 həftə
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
294) Uşaqlarda ayaq barmaqlarının falanqalarının «stabil olmayan» yerdəyişmiş sınıqlarında osteosintez necə aparılır?
A) Yoğun mil osteosintez edilir
B) Aparatla osteosintez edilir
C) İnyeksiya iynəsi ilə metaloosteosintez edilir
D) Metal lövhə ilə osteosintez edilir
E) Sümük transpalantatı ilə osteosintez edilir
Ədəbiyyat: Q.A.Bairov, Travmatoloqiə detskoqo vozrasta. Sankt-Peterburq, 2000.
Dostları ilə paylaş: |