41) Dayaq-hərəkət aparatının müştərək zədələri zamanı sümük fraqmentlərinin stabilləşdirilməsini hansı üsulla həyata keçirmək daha məqsədəuyğundur?
A) Gips sarğısı ilə
B) Sümükdaxili fiksatorla
C) Skelet dartqısı ilə
D) Göstərilən üsullardan hər hansı biri ilə
E) Xarici fiksasiya aparatı ilə
Ədəbiyyat: Илизаров Г.А. Лечение переломов и их последствии методом чрескостного остеосинтеза. Курган, 1979
42) Ətrafların çoxsaylı açıq sınıqları zamanı irinli ağırlaşmaların profilaktikasında əsas əhəmiyyət daşıyan amil hansıdır?
A) Antibiotiklərlə sümükdaxili, uzunmüddətli novokain blokadaları
B) Yaraların ilkin cərrahi işlənməsi
C) Açıq sınıqlar nahiyəsinə antibakterial preparatların daxil edilməsi
D) Antibiotiklərlə futlyar novokain blokadaları
E) Antibakterial dolduruculara malik polimer örtük sarğılarından istifadə
Ədəbiyyat: Каплан А.В., Махсан Н.Е. Гнойная травматология костей и суставов. Москва, 1985
43) Sümüklərin, yumşaq toxumaların həmin sahədə massiv zədələnmələri ilə müştərək açıq sınıqları zamanı optimal olan müalicə hansıdır?
A) Maddi-texniki baza, hazır kadrlar olduqda, osteosintez
B) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, kəsik gips sarğısının qoyulması
C) Yaranın ilkin cərrahi işləməsi, mil apparatı modulunun qoyulması
D) Yaranın ilkin cərrahi işləməsi, sınığın repozisiyası, dempfer skelet dartmasının qoyulması
E) İlkin cərrahi işləmədən sonra kompression-distraksiya aparatının qoyulması
Ədəbiyyat: Каплан А.В., Маркова О.Н. Открытые повреждения костей и суставов. Москва.
Dostları ilə paylaş: |