52) İlkin tibbi və həkimə qədər yardım tədbirləri hansılardır?
A) Sadalananların hamısı
B) Ürək fəaliyyətinin bərpası
C) Paltarı kəsmək və soyundurmaq
D) Tənəffüs yollarının keçiriciliyinin bərpası
E) Zədələnməni törədən agentlə zərərçəkənin kontaktını kəsmək
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
53) Xəstələrin ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya meyarlarına aid hansılar doğrudur?
A) Sadalananların hamısı
B) Elektrik cərəyanından törənən yanıqlar, şimşək vurma
C) Bədən səthinin 10%-dən çoxunu əhatə edən II dərəcəli yanıq
D) Yaşdan asılı olmayaraq III dərəcəli yanıqlar
E) Əlləri, üzü, gözü, qulaqları, ayaqları, cinsiyyət orqanlarını, aralığı və iri oynaq sahələrini əhatə edən yanıqlar
Ədəbiyyat: “ Yanıqların diaqnostika və müalicəsi üzrə klinik protokol” Bakı 2008
Dostları ilə paylaş: |