69) Sümüklərdəki yalançı oynaqların müalicəsi üçün nə tətbiq olunur?
A) Sümük plastikası
B) Balneoterapiya
C) Endoprotezləşdirmə
D) Sümükdaxili osteosintez
E) Kompression-dikstrasion osteosintez
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
70) Menisk kistasının müalicəsi zamanı hansı üsuldan istifadə olunur?
A) Meniskoektomiya
B) Meniskotomiya
C) Fizioterapiya
D) Oynağın immobilizasiyası
E) Meniskin punksiyası
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
71) Koksartrozun əməliyyat yolu ilə müalicəsinin əsas göstərişləri hansılardır?
A) 1-ci və 2-ci dərəcəli displastik koksartroz
B) Qısa remissiya dövrləri
C) Konservativ müalicənin təsirinin olmaması
D) Rotasion hərəkətlərin məhdudlaşması
E) Sadalananların hamısı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
72) Onurğa sütununun bel hissəsinin osteoxondrozu ilə müşayət olunan 3-cü dərəcəli koksartroz xəstələrinə hansı əməliyyat məsləhət görülür?
A) Oynağın endoprotezləşdirilməsi
B) Oynağın detorsion-varizasiyalaşdırıcı osteotomiyası
C) Mak-Marrey üsulu ilə osteotomiya
D) Bud-çanaq oynağının artrodezi
E) Foss əməliyyatı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
73) Diz oynağının deformasiyaedici artrozunun əsas kliniki əlamətləri hansılardır?
A) Diz oynağının varus və ya valqus deformasiyası
B) Hərəkət zamanı oynaqda xırçıltı
C) Hərəkət məhdudiyyəti
D) Diz oynağında ağrılar
E) Sadalananların hamısı
Ədəbiyyat: Мовшович И.А. Оперативная ортопедия. Москва, 1983
Dostları ilə paylaş: |