821) Tibbi reabilitasiya vasitələrinə hansı aiddir?
A) Bütün gösnərilənlər
B) Əmək terapiyası
C) Müalicəvi idman
D) Əllə və mexaniki massaj (sualtı, vibrasion)
E) Mexanoterapiya
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
822) Əllə və aparatla massaja hansı əks-göstərişdir?
A) Periferik qan dövranının (şişlər, durğunluq halları) pozulması
B) Əzələlərin funksional qabiliyyətinin azalması və ya onların ağrılı reflektor gərginliyi
C) Səthi və dərin damarların tromboflebitləri
D) Bütün sadalalanlar
E) Oynaqların kapsulalarında və bağlarında əmələ gəlmiş ikincili dəyişikliklər
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
823) Xəstənin gips sarğısı və ya skelet dartması ilə immobilizasiya dövründə izometrik əzələ gərilməsi tövsiyyə olunur (əzələnin uzunluğunu dəyişmədən və oynaqları hərəkət etdirmədən). Bu nəyə kömək edir?
A) Əzələ tonusunun saxlanılmasına
B) Əzələ hissiyatının məşqinə
C) Fraqmentlərin konsolidasiyasına
D) Bütün sadalalanlara
E) Seqmentin qan dövranının yaxşılaşmasına
Ədəbiyyat: Юмашев Г.С. Оперативная травматология и реабилитация больных с повреждением опорно-двигательного аппарата. Москва, 1983
Dostları ilə paylaş: |