36) Qamış sümüyünün kondiluslararası hündürlüyünün sınıqları nəyin qırılması ilə müşayət olunur?
A) Yan və çarpaz bağların
B) Ön çarpaz bağın
C) Diz oynağının xarici yan bağının
D) Diz oynağının daxili yan bağının
E) Arxa çarpaz bağın
Ədəbiyyat: Каплан А.В. ”Закрытые повреждения костей и суставов” Москва,-1967
37) Fraqmentlərin yerdəyişməsi ilə müşayət olunan qamış sümüyünün kondilusunun kompression sınıqlarının müalicəsi zamanı nəyə üstünlük verilir?
A) Artotomiya, zədələnmiş menisklərin çıxarılması, çökmüş kondilusların qaldırılması, metal osteosintezi
B) Ultrasəs qaynağı
C) Qamış sümüyünün sınığının qapalı kompression-destraksion osteosintezi
D) Skeletin topuqüstü və ya daban nahiyəsindən dartılması
E) Qamış sümüyü kondilusunun əllə düzəldilməsi
Ədəbiyyat: ”Остеосинтез”С.С.Ткаченко. Ленинград 1987
38) Fraqmentlərin yerdəyişməsi ilə müşaiyət olunan baldır sümüyünün vintşəkilli sınıqlarının optimal müalicə üsulu hansıdır?
A) Kompression-destraksion üsul
B) Osteosintez əməliyyati
C) Skelet dartqısı + gips sarğısı
D) Gips sarğısı
E) Qapalı repozisiya
Ədəbiyyat: ”Закрытые повреждения костей и суставов” А.В.Каплан Москва-1967
39) Aşıq-baldır oynağının çıxığı və ya sınığı zamanı fiksasiyaedici gips sarğısının qoyulmasından sonra qan dövranının pozulmasına aşağıdakı amillərdən hansı biri səbəb ola bilməz?
A) Gips sarğısının düzgün modelləşdirilməməsi
B) Sirkulyar gips sarğısının tətbiqi
C) Xarici fiksasiya aparatlarının qoyulması
D) Gips sarğısı ilə basma
E) Təkrar repozisiyalar
Ədəbiyyat: Волков М.В., Гудушаури О.Н. Ошибки и осложнения при лечении переломов костей. Москва, 1970
Dostları ilə paylaş: |