Turizm biznesi


Turizmin maddi-texniki bazası



Yüklə 0,55 Mb.
səhifə3/5
tarix11.12.2022
ölçüsü0,55 Mb.
#73920
1   2   3   4   5
movzu 7 turizm

Turizmin maddi-texniki bazası

Maddi-texniki baza mütəşəkkil turizmin inkişafının əsasını təşkil edir, belə ki, turistlərə tam kompleks xidmət göstərilməsi (yerləşdirmə, qidalanma, daşınma, müalicə, ekskursiya və s.) üçün bütün zəruri şəraiti yaradır

Turizm təsərrüfatı ilə məşğul olan subyektlər öz fəaliyyətlərini daimi etmək üçün müxtəlif əmək vasitələrinə malik olmalıdırlar.

Turizmdə istifadə olunan əmək vasitələrinin məcmusu onun maddi-texniki bazasının əsasını təşkil edir

Turizmin maddi-texniki bazasına daxildir:

  • turizm tikililəri (binalar)
  • onların texniki təchizatı (avadanlıq)
  • nəqliyyat vasitələri

Turizmin maddi-texniki bazasının tərkibinə daxildir:

  • turizm firmaları (turoperatorlar və turagentlər)
  • Mehmanxanalar
  • turist bazaları
  • iaşə, ticarət, avtonəqliyyat müəssisələri
  • turist ləvazimatı və avadanlığının
  • kirayə məntəqələri
  • turist yollayışının (putyovka) satış büroları
  • nəzarət-xilasetmə xidmətləri
  • turist klubları
  • Maddi-texniki bazaya aid olan obyektlər mülkiyyət növünə görə xüsusi (turist təsərrüfat subyektlərinin özünə məxsus olan) və bu subyektin digər subyekt (məsələn, şəhər tabeliyində olan mehmanxanalarda yerlərin icrası) və fiziki şəxslərdən icarəyə götürdüyü (mənzillər, evlər) obyektlərdir.
  • Turizmin hər hansı bir regiondakı maddi-texniki bazası tərkibinə, gücünə, miqdarına və keyfiyyətinə görə turistlərin təlabatına uyğun olmalıdır. Əks təqdirdə, əhaliyə göstərilən turizm xidmətinin səviyyəsi və keyfiyyəti kəskin sürətdə pisləşər, bu da öz növbəsində turizm məhsulunun satışı həcminin azalmasına səbəb olar.
  •  

Turizm müəssisələrinin tipləri

  • Xidmət növlərinə görə turizm müəssisələrinin aşağıdakı tipləri mövcuddur:
  • Turistləri bütün xidmət kompleksi ilə təmin edən müəssisələr (öz mehmanxanaları olan turist müəssisələri).
  • Turizmin təşkili məqsədi ilə təsis edilən müəssisələr (turagentliklər, səyahət və ekskursiya, yollayış satışı, turist qəbulu büroları).
  • Turistlərin yerləşdirilməsi, daha doğrusu yaşaması və gecələməsi məqsədi ilə təsis edilən müəssisələr (mehmanxanalar, turbazalar və s.).
  • Qidai, ərzaq müəssisələri (restoranlar, barlar).
  • Nəqliyyat xidməti müəssisələri.
  • Turistlərə mədəni xidmət obyektləri (teatrlar, konsert zalları və s.) və ekskursiya xidmətlərini (ekskursiya büroları) təmin edən müəssisələr.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin