Уакоb və Vilhelm Qrimm qardaşları bremen çALĞIÇilari



Yüklə 354,5 Kb.
səhifə4/4
tarix02.01.2022
ölçüsü354,5 Kb.
#36961
1   2   3   4
1D.Qrimm qardaşlariın nağılları

VARLI VƏ YOXSUL

(tərcümə edəni Səkinə Hüseynova)




ox-çox qədimlərdə, hələ Allah yer üzündə gəzib-dolaşdığı zamanlarda elə oldu ki, günlərin birində, axşamüstü, qaş qaralanda Allah yoruldu, gecələməyə də yer tapmadı. Yol üstündə üzbəüz iki ev gördü; biri böyük, qəşəngdi, о biri də kiçik, yöndəmsiz. Böyük ev varlının, kiçik ev də yoxsulun idi. Allah fikirləşdi ki, varlınım evində yataram, ona əziyyətim dəyməz. Qapısının döyüldüyünü eşidən varlı balaca pəncərəni açıb, yad adamdan soruşdu ki, nə istəyir. Allah cavab verdi:

   -Evində gecələməyə mənə izn ver!

Varlı yad adamı başdan-ayağa süzdü, Allah da geyimindən каsıba oxşadığından, varlı başını yellədib dedi:

   -Mən sizi içəri buraxa bilmərəm, otaqlarım tərəvəzlə, toxumla doludur; əgər hər qapı döyəni evimdə gecələməyə qoysam, özüm dilənçi kökünə düşərəm. Görün, bəlkə bir başqası sizi evə buraxdı.

Varlı pəncərəni örtdü, Allah da qapı dalında qaldı. Sonra dönüb, yolun о tərəfindəki balaca evə sarı yönəldi. Qapını döyən kimi yoxsul sürgünü çəkdi, qapını açıb, qərib adamı içəri dəvət elədi.

Dedi:


   -Evimdə gecələyin, hava qaralıb, belə vaxtda yol getmək, olmaz!

Bu rəftar Allaha xoş gəldi, o, içəri keçdi. Yoxsulun arvadı əl verib onunla görüşdü, xoşgəldin elədi və dedi ki, ürəyi necə İstəyir, elə rahatlansın, onlar Allah qonağından heç nəyi əsirgəməzlər. Sonra ocağın üstünə kartof qoydu, о bişincə keçini sağdı ki, qonağa bir az süd versin. Süfrə açdılar, Allah da onlarla birlikdə şam elədi, ruzularını onunla təmiz ürəklə böldüklərindən, təamları da Allaha xoş gəldi. Yeyib qurtardılar, yatmaq vaxtı çatanda arvad ərini çağırıb, ona yavaşca dedi:

   -Ay kişi, gəl bu gecə biz samanım üstündə yataq, qonaq da bizim yatağımızda uzansın, uzaq yol gəlib, yorğundur, rahat yatıb dincəlsin.

Kişi:


Canlabaşla təklif elərəm, - deyib Allaha yaxınlaşdı, dedi ki, əgər istəsə, buyurub onların yatağında yatsın, dincini alsın. Allah qocaların yatağını onların əlindən almağı özünə rəva bilmədi, ancaq kişi də, arvad da elə səmimiyyətlə xahiş elədilər ki, axırda Allah razı olub, onların yatağında uzandı; qocalar da yerdə özləri üçün saman döşədilər. Səhər tezdən də qalxıb, azuqələrindən qonaq üçün nahar hazırladılar. Günün işığı pəncərədən içəri düşəndə Allah yuxudan oyandı, onlarla çörәк kəsdi, sonra səfərə hazırlaşdı. Qapıdan çıxanda onlara üz tutdu:

Belə rəhındil, ürəyiaçıq olduğunuza görə, mənə üç arzu deyin, yerinə yetirim.

Kasıb dedi:

   -Özümə о dünyada cənnət arzulayıram, bir də ki, nə qədər sağıq, cansağlığımız və bir parça çörəyimiz olsun; üçüncü arzum nədir, onu bilmirəm.

Adil Allah cavab verdi:

Köhnə evinin yerində təzəsini istəmirsən? Kasıb dedi:

Bəli, elə evim olsaydı, razı qalardım.

Allah da onları arzularına çatdırdı, коһnә evlərini təzələdi, bir daha xeyirdua verib, yola çıxdı.

Gün bir boy qalxanda dövlətli yuxudan oyandı, pəncərədən boylanıb gördü ki, evi ilə üzbəüz damı qırmızı kirəmitli təzə, qəşəng bir ev var; əvvəl о yerdə yoxsul daxma vardı. Heyrətdən gözləri bərələn varlı, arvadını səsləyib dedi:

   -Mənə de görüm bu nə olan şeydir? Axı, dünən axşam burda коһпә, miskin bir daxma görmüşdüm, bu günsə təzə, qəşəng ev peyda olub. Aşağı düş, gör bu nə işdir.

Arvadı gedib yoxsulu sorğu-suala tutdu. О da əhvalatı danışdı:

   -Dünən axşam qərib bir adam gəldi, gecə qalmağa yer istədi, bu gün səhər də bizimlə vidalaşanda üç arzumuzu yerinə yetirdi: о dünyada cənnət, sağlamlıq və bir parça çörәк, bir də кöһnә daxmamızın yerində təzə, qəşəng ev.

Varlının arvadı evə cumdu, əhvalatı ərinə nəql elədi. Əri dedi:

   -Kül mənim başıma, mən nə biləydim?! Axı, о qərib adam əvvəlcə bizim qapını döyüb, gecə qalmağa yer istədi, mən də onu qaytardım.

Arvadı ona məsləhət gördü:

   -Sən də yubanma, atını min, özünü həmin adama çatdır, xahiş elə üç arzunu yerinə yetirsin.

Varlı ağıllı məsləhətə qulaq asdı, atını çapıb, Allaha yetişdi; onunla mülayim, nəzakətlə danışdı, rica elədi ki, qapını gec açdığına görə ondan inciməsin, açarı axtarırmış, о da tez çıxıb gedib. Hərgah həmin yolla geri qayıtsa, onun evində qonaq qalsın.

Allah dedi:

   -Yaxşı, əgər geri qayıtsam, elə də elərəm.

Varlı soruşdu ki, о da qonşusu kimi, üç şey arzulaya bilərmi? Allah dedi:

   -Əlbəttə, arzulamaq olar, amma bu, sənin özün üçün pis olacaq, heç nə arzulamasan yaxşıdır.

Varlı istədi elə şey arzulasın ki, yerinə yetəndə onu xoşbəxt eləsin.

Allah dedi:

   -Qayıt evinə, sənin üç arzum yerinə yetəcək.

Varlı istədiyinə çatdı, evinə gedəgedə yol boyu fikirləşdi ki, özünə nə arzulasın. Çox götürqoy elədi, atın cilovunu boşaltdı, at dördnala çapdı, bu da varlının fikrini dağıtdı. O, əlini atın boynuna vurdu:

   -Bir az asta, Liza. - Lakin at hey çapırdı, sonra şahə qalxdı. Varlı hirslənib çığırdı: - Eeh, görüm sənin boynun sınsın!

Sözlər ağzından çıxmamış təpəsi üstə yerə gəldi, at da ölü kimi torpağa sərildi, daha tərpənmədi: onun birinci arzusu beləcə yerinə yetdi.

Varlı xəsis olduğundan, yəhəri qoyub getmək istəmədi, onu atın belindən götürüb çiyninə atdı. İndi daha piyada getməli idi. «Hələ iki arzum da qalıb» - dedi. Qumun içi ilə yeriyirdi, gün də bərk qızdırırdı; yaman isti oldu, ürəyində də öz-özünə acığı tutdu: yəhər çiynini əzir, о isə nə arzulayacağını fikirləşib tapa bilmirdi öz-özünə dedi: «Əgər mən bütün, dünyanı, dünyanın bütün sərvətini arzulasaydım, yenə də nəsə başqa şeylər arzulayacaqdım, bunu yəqin bilirəm, elə еlәmәк istəyirəm ki, arzulamağa daha heç nə qalmasın.» O, ah çəkib dedi:

   -Bəli, hərgah mən üç arzusu qalmış Bavariya kəndlisi olsaydım, bilərdim neylərdim: əvvəla, özüm üçün çoxlu pivə arzulardım, ikincisi, о qədər pivə arzulardım ki, içə bilim, üçüncüsü, bir çəllək pivə də üstəlik arzulardım.

Hərdən ona elə gəlirdi ki, arzularını tapıb, amma sonra bu arzular ona xırda görünürdü. Birdən yadına düşdü ki, arvadı oturub evdə, sərin otaqda, ləzzətli yeməklər yeyir. Bu fikir onu bərk hirs-ləndirdi, özü də istəmədən, elə belə mızıldadı:

   -İstərdim ki, o, evdə yəhərin üstə otursun, yerə düşə bilməsin, mən də daha yəhəri çiynimdə daşımayım.

Axırıncı kəlmə dilindən qopan kimi yəhər çiynindən yox oldu, о bildi ki, ikinci arzusuna çatıb. Ancaq əsl istini indi hiss elədi, addımlarını yeyinlətdi; evində, öz otağında təkcə oturub, nəsə böyük bir arzu, axırıncı arzusu barədə fikirləşmək həsrəti duydu. Gəlib evinə yetişəndə qapını açıb gördü ki, arvadı yəhərdə oturub, nə illah eləyirsə, yerə düşə bilmir, zarıyıb qışqırır.

Varlı dedi:

   -Elə buna razı ol, mən dünyanın bütün var-dövlətini sənin üçün arzulamağa hazıram, təki sən yəhərdən düşməyəsən.

Arvadı ona «dəli» dedi, çığırdı.

   -Yəhərdən düşə bilmirəmsə, dünyanın var-dövlətini neyləyirəm?! Bunu mənimçün sən arzulamısan, yəhərdən düşməyimə də sən kömək eləməlisən.



İstəsə də, istəməsə də, üçüncü arzusunu deməyə məcbur oldu, о da bu idi ki, arvadı yəhərdən qopub, onun üstündən düşə bilsin. О dəqiqə də arzu yerinə yetdi. Demək, qisməti bu oldu: peşmançılıq, əlləşmək, acıqlanmaq, bir də atsız qalmaq. Yoxsul ər-arvadsa, xeyirxah adamlar əcəl gününə qədər yaşadıqları kimi, bolluq içində, dinc və rahat yaşadılar.
Yüklə 354,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin