хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
542) Avtomobil sürücüsü nəqliyyat qəzası zamanı sükanla döş qəfəsindən güclü
zərbə almışdır. Baxış zamanı: xəstənin ümumi vəziyyəti ağırdır, təngnəfəsdir -
tənəffüsün dəqiqəlik sayı 32 - yə qədərdir, sianozludur. Nəbz 1 dəqiqədə 120
vurğu, ritmikdir. A / Т 90 / 60 mm. c. süt. Öskürək zamanı qan xaric olur.
Boyunda dərialtı emfizema var. Sağ tərəfdə döş qəfəsinin perkussiyası zamanı
boş qutu səsi eşidilir, tənəffüs keçiriciliyi yoxdur, perkutor olaraq
divararalığının sola meylliliyi qeyd edilir. Bu klinik əlamətlər nə üçün
xarakterikdir?
A) Sağ baş bronxun cırılması, gərginlik (qapaqlı) pnevmоtoraksı
B) Ağciyərlərin əzilməsi
C) Ürəyin əzilməsi, ürək çatışmazlığı
D) Sağ tərəfli hemоtoraks, hemorragik şok
E) Döş sümüyünün sınığı, şok
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
543) İrinli mediastinit zamanı hansı müalicə taktikasını seçərsiniz?
A) QBB (qulaq, burun, boğaz) şöbəsinə hospitalizasiya və təcili tonzilloektomiya
B) Boyun mediastinotomiyasının paravertebral torakotomiya ilə kombinasiyası və
drenləşdirilməsi
C) Yüksək dozada antibiotiklərin yeridilməsi
D) Mediastinotomiya, aktiv drenajın qoyulması, yüksək dozada antibiotiklərlə
müalicə
E) Ön mediastinotomiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
Dostları ilə paylaş: