71) Xroniki duodenostazın fibroqastroduodenoskopiya müayinəsi zamanı aşağıdakılardan hansı aşkar edilir? A) 12 barmaq bağırsaqda çoxlu eroziyalar
B) 12 barmaq bağırsaq soğanağının genişlənməsi
C) Mədə möhtəviyyatının qida borusuna atılması
D) 12 barmaq bağırsaq horizontal hissəsinin daralması
E) Duodenoqastral reflüks
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко,
Киев,1987,566с.
72) Xroniki duodenostaz zamanı hansı əməliyyat icra olunur? A) Duodenoyeyunoanastomoz
B) Xoledoxoyeyunoanastomoz
C) Qastroyeyunoanastomoz
D) Qastroduodenoanastomoz
E) İleotransverzoanastomoz
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко,
Киев,1987,566с.
73) Xroniki duodenostazın cərrahi müalicəsi zamanı ən effektiv üsul hansıdır? A) Vorre
B) Qrequar
C) Berqeret
D) Albrekt
E) Duval
Ədəbiyyat:Хирургия пищеварительного тракта.А.А.Шалимов, В.Ф.Саенко,
Киев,1987,566с.
74) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilməz? A) Mədənin qənaətedici rezeksiyası
B) Zollinger-Ellison xəstəliyi
C) Qeyri-tam vaqotomiya
D) Birincili hiperparatireoidizm
E) Tireotoksikoz
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
s.
75) Əməliyyat olunmuş xəstədə xoranın residivinin səbəbi aşağıdakılardan hansı ola bilər? A) İtsenko-Kuşinq xəstəliyi
B) Reflüks-ezofagit
C) Birincili hiperparatireoidizm
D) Öddaşı xəstəliyi
E) Tireotoksikoz
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727
s.