A) Bradikardiya
B) Ekzoftalm
C) Ur
D) Ştelvaq simptomu
E) Mebius simptomu
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
900) 20 yaşlı xəstə qadın boyunun ön səthində şişkinlik şikayəti ilə cərraha
müraciət etmişdir. Müayinələr zamanı məlum olmuşdur ki, qalxanvari vəz
diffuz böyüyüb, yumşaqdır, hərəkətlidir, zülalla birləşmiş yod, tiroksin və
radioaktiv yodun mənimsənilməsi artmışdır, əsas mübadilə + 50 - dir. Xəstəni
necə müalicə etməlisiz?
A) Hemodializ
B) Plazmоforezlə
C) Konservativ - qalxanvari vəzin hormonları ilə
D) Cərrahi - subtotal strumektomiya
E) Prednizоlonla
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
901) Sadalananlardan hansı diffuz eutireoid ur üçün xarakterik deyil?
A) Yod və tiroksinlə müalicə vəzin ölçülərinin normallaşmasına gətirib çıxara bilər
B) Tiroksin sintezinin azalması tireoid stimuləedici hormonun hasilatını azaldır
C) Xəstəlik anadangəlmə deyil, qazanılmadır
D) Yod çatışmazlığı tireod stimuləedici hormonun hasilatını artırır
E) Qalxanvari vəzin hipertrofiya və hiperplaziyası hüceyrələrin ölçü və sayının
artması ilə əlaqəlidir
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
Dostları ilə paylaş: