6. Disfoniya və disfagiyanın daimi müşahidə olunması
A) 1, 4, 6
B) 2, 3, 5
C) 1, 3, 6
D) 1, 2, 3
E) 4, 5, 6
Ədəbiyyat: Düyünlü ur xəstəliyinin diaqnostika və müalicəsi üzrə
klinik protokol
Bakı -2009 səh 9-10
1171) Tireotoksikoz zamanı Mebius simptomu aşağıda sadalananlardan
hansıdır?
A) qalxanvari vəzin palpasiyasından sonra, həmin nahiyədə hiperemiyanın müşahidə
olunması
B) gözün konvergensiyası lazım olduqda divergensiyanın baş verməsi
C) göz almasının aşağıya hərəkəti zamanı yuxarı göz qapaqlarının geri qalması
D) qaşın bayır 1/3-də tüklərin tökülməsi
E) gözün torlu qişasının arteriyasının pulsasiyasının güclənməsi
Ədəbiyyat: Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 101
1172) Növbətçi cərrah böyümə dərəcəsinə görə V dərəcəli ur xəstəsini stasionar
müalicəyə qəbul edir. Xəstəlik tarixində obyektiv müayinələr hissəsində Ştelvaq
simptomunun müsbət olmasını qeyd edir. Bu xəstədə cərrah hansı əlaməti
müşahidə etmişdir?
A) göz qapaqlarında
dərinin tündləşməsini
B) yuxarı göz qapaqlarının ödemi, gözətrafı piqmentasiyanı
C) gözün torlu qişasının arteriyasının pulsasiyasının güclənməsini
D) gözlərin parıltılı, baxışların qorxulu, nifrətli, göz yarıqlarının geniş olmasını
E) nadir halda göz qırpmasını
Ədəbiyyat: Ağayev B.A Cərrahi xəstəliklər Bakı 2007 səh 101
21. Onkologiya
1173) Yoğun bağırsaq xərçənginin obturasion klinik forması onun hansı
lokalizasiyasında daha çox təsadüf edilir?
A) Yoğun bağırsağın sol lokalizasiyasında
B) Köndələn çənbər bağırsaqda
C) Kor bağırsaqda
D) Yoğun bağırsağın sağ lokalizasiyasında
E) Qalxan çənbər bağırsaqda
Ədəbiyyat: Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 302
B.A.Ağayev Cərrahi xəstəliklər Bakı 2007 səh 488
Dostları ilə paylaş: