1267) Ağciyər xərçənginin ən çox rast gəlinən histoloji növü hansidir?
A) Yastı hüceyrəli
B) Sarkoma
C) Xırdahüceyrəli
D) Adenokarsinoma
E) İrihüceyrəli
Ədəbiyyat: Ə.Əmiraslanov., A. Qaziyev. Onkologiya. Bakı. Təhsil 2010 Səh.427
1268) Xarici görünüşünə görə ağciyər xərçənginin hansı formaları ayırd edilir?
A) Keçid-hüceyrəli, şaxələnmiş, yastı hüceyrəli
B) Düyünlü, keçid hüceyrəli
C) Yastı hüceyrəli, şaxələnmiş, düyünlü
D) Düyünlü, şaxələnmiş, düyünlü-şaxələnmiş
E) Darıyabənzər, keçid hüceyrəli
Ədəbiyyat: Ə.Əmiraslanov., A. Qaziyev. Onkologiya. Bakı. Təhsil 2010 Səh.425
1269) Bronxların xoşxassəli şişləri arasında daha çox rast gəlinəni hansıdır?
A) Polipləri
B) Hamartoxondroması
C) Fibromioması
D) Adenoması
E) Teratoması
Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000
səh.105
1270) Ağ ciyər xərçəngi hansı mənşəli bədxassəli şişdir?
A) Mezotelial
B) Ağ ciyər toxumasında yerləşən istənilən şişdir
C) Epitelial
D) Mezenximal
E) Bronx və ağciyərlərdən inkişaf edən istənilən histogenezə malik
Ədəbiyyat: Ə.Əmiraslanov., A. Qaziyev. Onkologiya. Bakı. Təhsil 2010 Səh.414
1271) Ağ ciyər xərçənginin hansı klinik-anatomik formaları ayırd edilir?
A) Düyünlü, infiltrativ, qarışıq
B) Kökətrafı, parenximatoz, qarışıq
C) Ekzofit, endofit, parenximatoz
D) Mərkəzi, periferik, atipik
E) Endobronxial, peribronxial, parenximatoz
Ədəbiyyat: Ə.Əmiraslanov., A. Qaziyev. Onkologiya. Bakı. Təhsil 2010 Səh.424
1272) Şişin aşağıdakı strukturlardan hansına sirayət etməsi ağ ciyər xərçənginin
cərrahi müalicəsinə mütləq əks-göstərişdir?
A) Perikarda
B) Diafraqmaya
C) Fəqərə cisimlərinə
D) Yuxarı boş venaya
E) Döş qəfəsi divarına
Ədəbiyyat: Ə.Əmiraslanov., A. Qaziyev. Onkologiya. Bakı. Təhsil 2010 Səh.453
Dostları ilə paylaş: |