zədələnməsinə rast gəlinir?
A) Mədə
B) Qaraciyər
C) Nazik bağırsaq
D) Dalaq
E) Yoğun bağırsaq
267) 45 yaşında xəstə şiddətli qusma zamanı döş sümüyü arxasında güclü ağrı,
təngənəfəslik, ağrının sol çiyinə irradiasiya etməsini qeyd edir. Rentgenoloji
müayinədə soltərəfli hidropnevmotoraks və divararalığı emfizema nəzərə çarpır.
Müvafiq klinik situasiya nəyi düşündürür?
A) Paraezofageal diafraqma yırtığı
B) Bronxun cırılması
C) Qida borusunun spontan cırılması
D) Ağciyər sistinin partlaması
E) Mədənin fundal hissəsinin cırılması
268) Paradoksal disfaqiya, gəyirmə və gecə requrqitasiyası hansı xəstəlik üçün
daha xarakterikdir? Müvafiq klinik situasiya nəyi düşündürür?
A) Kardiospazm
B) Barret qida borusu
C) Qida borusunun kimyəvi yanığı
D) Diffız ezofaqospazm
E) Qida borususnun xərçəngi
269) Aşağıda göstərilənlərdən hansı sürüşkən hiatal (diafraqma dəliyi) yırtığın
ağırlaşması deyildir?
A) Sternum arxasında küt ağrılar
B) Mədənin stranqulyasiyası
C) Qanaxma
D) Ezofaqit
E) Barret qida borusu
270) Qida borusunun kollikvasion nekrozu hansı halda baş verir?
A) Qida borusunun turşularla yanığında
B) Qida borusunun qələvilərlə yanığında
C) Termiki yanıqlar zamanı
D) Diffız ezofaqospazm
E) Şüa müalicəsinin təsiri zamanı
271) Qida borusunun koaqulyasion nekrozu hansı halda baş verir?
A) Qida borusunun qələvilərlə yanığında
B) Qida borusunun turşularla yanığında
C) Reflüks-ezofagitdə
D) Şüa müalicəsinin təsiri zamanı
E) Diffuz ezofaqospazmda
272) Qida borusunun qatı sirkə turşusu ilə yanıqlarının erkən fazasında baş
Dostları ilə paylaş: |