Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
500) Diafraqmanın cırılması ilə torakoabdominal yaralanma diaqnozu aşağıdakı
hansı müştərək müayinələr aparıldıqda daha böyük ehtimalla qoyula bilər?
A) Torakoskopiya və laparoskopiya
B) Laparoskopiya, qarın boşluğunun və döş qəfəsinin USM-i
C)
Diaqnostik pnevmoperitoneum, qarın və döş boşluqları orqanlarının
rentgenoqrafiyası
D) Qarın və döş boşluqları orqanlarının rentgenoqrafiyası, qarın boşluğunun və döş
qəfəsinin USM-i
E) Torakoskopiya və döş qəfəsi orqanlarının rentgenoqrafiyası
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
501) Diafraqmanın küt travmatik zədələnmələri (cırılmaları) zamanı əsasən
hansı hallar müşahidə olunur?
A) Diafraqmanın döş hissəsinin qopması
B) Bel nahiyəsində diafraqmanın qopması
C) Sağ tərəfdə vətər hissəsinin cırılmaları
D) Vətər hissəsinin əzələ hissəsindən ayrılması
E) Sol tərəfdə vətər hissəsinin cırılmaları
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998,
715 с.
Dostları ilə paylaş: