248) Nazik bağırsağın dodaqvari fistulası zamanı optimal əməliyyat üsulu
hansıdır?
A) Fistuladan hər iki tərəfdə bağırsağın rezeksiyası və anastomozun qoyulması
B) Fistulanın ətrafının kəsilərək yenilənməsindən sonra ikiqat tikişlərin qoyulması
C) İleostoma
D) Yalnız ileotransverzoanastomozun qoyulması
E) Sekostoma
249) Köndələn çənbər bağırsağın orta hissəsinin tam fistulası zamanı optimal
əməliyyat üsulu hansıdır?
A) İleostoma
B) Fistuladan hər iki tərəfdə bağırsağın rezeksiyası və uc-uca anastomozun
qoyulması
C) Soltərəfli hemikolektomiya
D) Sağtərəfli hemikolektomiya
E) Sekostoma
250) Nefroenteral fistula zamanı optimal əməliyyat üsulu hansıdır?
A) Həmin böyrəyin funksiyası tam yoxdursa nefrostomiya, nazik bağırsağın
rezeksiyası və enteroenteroanastomozun qoyulması
B) Nazik bağırsağın rezeksiyası və entero-enteroanastomozun qoyulması
C) Həmin böyrəyin funksiyası tam yoxdursa nefroektomya, nazik bağırsağın
rezeksiyası və nteroenteroanastomo-zun qoyulması
D) Nefroektomiya
E) İleostoma
251) Enterovaginal fistula zamanı optimal əməliyyat üsulu hansıdır?
A) Sekostoma
B) Nazik bağırsağın rezeksiyası , entero-enteroanastomozun qoyulması, uşaqlıq
yolundakı fistulanın kəsilib götürülərək tikilməsi
C) Nazik bağırsağın rezeksiyası , ileostomanın qoyulması, uşaqlıq yolundakı defektin
müvəqqəti açıq saxlanması
D) Nazik bağırsağın rezeksiyası , entero-enteroanastomozun qoyulması, uşaqlıq
yolundakı defektin müvəqqəti açıq saxlanması və sonrakı mərhələdə tikilməsi
E) İleostoma
252) Xoralı kolitin diaqnostikasında hansı simptom əsasdır?
A) Nəcisdə qan və seliyin olması
B) Qəbizlik
C) Qusma
D) Diareya
E) Ağrının olması
|