285) Qida borusu perforasiyasına şübhə olan xəstədə diaqnozu dəqiqləşdirmək
üçün ilk olaraq hansı müayinəni secərdiniz?
A) Suda həll olan barium kontrastı ilə
rentgen müayinəsi
B) Pnevmoperitoneum
C) Döş qəfəsinin icmal rentgen müayinəsi
D) Ezofaqofibroskopiya
E) Boynun və döş qəfəsinin kontrastsız rentgen müayinəsi
286) Qida borusu perforasiyalarının ən çox rast gələn səbəbi hansıdır?
A) Qida borusu yanıqları
B) Açıq və qapalı travmalar
C) Güclü qusma və doğuş
D) Bədxassəli xəstəliklər
E) İnstrumental müayinələr
287) Bərk qidaların qəbulu zamanı baş verən disfaqiyanın səbəbi deyil?
A) Qida borusunun karsinoması
B) Qida borusunun axalaziyası
C) Qida borusunun yanıqdan sonrakı strikturası
D) Qida borusunun peptik strikturası
E) Qida borusunun leyomioması
288) Qida borusunun karsinoması və reflüks-ezofaqit üçün ortaq əlamətlər
hansılardır?
A) Qanlı qusma və təngnəfəslik
B) Disfaqiya və təngnəfəslik
C) Qida qəbulundan sonra
reflektor öskürək və qusma
D) Qida borusundan qida keçərkən yanğı və döş sümüyü arxasında ağrı
E) Qida borusundan qida keçərkən hıçqırma və requrqitasiya
289) Qida borusunun atreziyası, stenozu, qida-borusu-traxeal və qida borusu-
bronxial fistulaları zamanı ən çox baş verən ağırlaşma hansıdır?
A)
Durğunluq ezofaqiti
B) Reflüks ezofaqit
C) Peptiki xora
D)
Aspirasion pnevmoniya
E) Qida borusunun strikturası
Dostları ilə paylaş: