345) Lateral internal sfinkterotomiya ən çox hansı xəstələrdə aparılır?
A) kəskin paraproktit
B) xroniki babasil
C) hipertrofiyalaşmış anal məməcik
D) anal fistula
E) anal çatlarda, hiperaktiv anal sfinkter
346) Babasilin müalicəsində lateks həlqə hansı hallarda qoyulur?
A) IV dərəcə babasil
B) stranqulyasion babasil
C) ancaq yaşlılarda III və IV dərəcə babasillərdə
D) xarici tromblaşmış babasil
E) I və II dərəcəli babasil
347) Lateks həlqənin qoyulması zamanı ən çox rast gəlinən fəsadlara hansı
aiddir?
A) bakteremiya
B) anal striktura
C) sidik ifrazının kəskin ləngiməsi
D) qanaxma
E) xarici babasil düyünlərinin trombozu
348) İnfraqırmızı fotokoaqulyasiya babasilin hansı dərəcələrində daha
effektivdir?
A) xarici tromblaşmış hemorroylarda
B) II və III dərəcəli hemorroylarda
C) ancaq IV dərəcə hemorroylarda
D) ancaq I dərəcəli hemorroylarda
E) stranqulyasion hemorroylarda
349) Kimyəvi maddələrin babasil düyünlərinə daxil edilməsi ilə müalicə necə
adlanır?
A) skleroterapiya
B) elektrokoaqulyasiya
C) krioterapiya
D) sadalananlardan heç biri
E) infraqırmızı fotokoaqulyasiya
350) Tromblaşmış babasildə ağrı zirvə nöqtəsinə nə vaxt çatır?
A) ilk saatlarda
B) 72 saata
C) 24 saaata
D) 12 saata
E) 48 saata
351) Xarici tromblaşmış babasildə cərrahi eksiziyaya göstəriş hansıdır?
A) qanaxma
B) maliqnizasiya təhlükəsi
C) trombemboliya təhlükəsi
D) güclü ağrı sindromu
E) perianal absesin profilaktikası
352) Babasilin hansı dərəcəsi cərrahi əməliyyat olunmalıdır?
A) III-IV dərəcə babasil
B) I dərəcə
C) heç bir halda
D) II dərəcə
E) bütün hallarda
Dostları ilə paylaş: |