436) Qalxanvari vəzin follikulyar adenoması və follikulyar xərçənginin differensial diaqnostikasında aşağıdakılardan düzgün diaqnoz qoymağa hansı kömək edər? A) Kompüter tomoqrafiya
B) Radioizotop ssintiqrafiya
C) Nazik iynəli punksion aspirasion biopsiya
D) Əməliyyat materialının histoloji müayinəsi
E) Maqnit - rezonans tomoqrafiya
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по
хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного,
“Феникс”, 2007 г
437) 22 yaşlı hamilə qadına qalxanvari vəzin papilyar xərçəngi diaqnozu qoyulmuşdur. Şiş sağ payda yerləşir, ölçüləri 1, 5 x 1, 5 sm olub, qalxanvari vəzin kapsulasından kənara çıxmır, metastaz yoxdur. Cərrahın taktikası necə olmalıdır? A) Xəstəni sanator – kurort müalicəsinə göndərmək
B) Hamiləliyi pozmadan əməliyyat etmək
C) Radioaktiv yodla müalicəyə göndərmək
D) L - tiroksinlə supressor terapiya təyin etmək, doğuşdan sonra xəstəni əməliyyat
etmək
E) Hamiləliyi pozub xəstəni əməliyyat etmək
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova , V.Ə.Fəttah-Pur " Cərrahi
xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012“
438) İntramammar irinli mastitin optimal müalicə üsulu hansıdır? A) Yalnız antibiotiklərin təyin edilməsi
B) İntramammаr büküşdən irinliyin kəsilib açılması
C) Radial kəsiklə irinliyin kəsilib açılması və drenaj edilməsi
D) İrinliyi təkrari punksiya edib antibiotik vurmaq
E) Geniş kəsiklə irinliyin açılması (bu zaman yara tamponada edilir)