xərçəngi diaqnozu qoyulmuşdur. Histoloji müayinə yüksək differensiyalı adenokarsinoma müəyyən etmişdir. Şiş anusdan 9 sm yuxarıda yerləşir və ətraf toxumalara sirayət etmir. Kəskin bağırsaq keçməməzliyi əlamətləri yoxdur. Xəstəyə hansı həcmdə cərrahi əməliyyat aparmaq mümkündür. A) hartman əməliyyatı
B) düz bağırsağın ön rezeksiyası
C) düz bağırsağın qarın aralıq ekstirpasiyası
D) Mikulic əməliyyatı
E) qoşalüləli kolostoma qoyulması
Ədəbiyyat: В.Д.Федоров. Рак прямой кишки. «Медицина», Москва, 1987.
1129) Xəstə 57 yaşında, döş qəfəsinin sağ yarısında ağrılar, hərarət, üşütmə, öskürək şikayətləri ilə daxil olmuşdur. Döş qəfəsinin rentgenoqrammasında sağ ağ ciyərin orta payında homogen kölgə müəyyən edilir. Anamnezdən məlum olur ki, son bir ildə həkimlər xəstədə 4 dəfə sağ tərəfli orta payın pnevmoniyası diaqnozu qoymuşlar. Bu halda hansı xəstəlik güman oluna bilər? A) ağ ciyərin mərkəzi xərçəngi
B) ağ ciyərin periferik xərçəngi
C) bronxoektaziya xəstəliyi
D) vərəm
E) bronxun xərçəngi
Ədəbiyyat: А.Х.Трахтенберг. Рак легкого. «Медицина», Москва, 1987.
1130) Operasiyadan qabaq aparılan şüa müalicəsinin məqsədləri: A) xəstənin vəziyyətinin yaxşılaşması
B) immobilizasiyanın asanlaşması, cərrahi əməliyyata kömək
C) şişin ölçülərinin kiçilməsi
D) şişin ölçülərinin kiçilməsi, residiv və metastazların qarşısının alınması
E) residivlərin profilaktikası
Ədəbiyyat: B.Ə.Baxşıyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı,
2004.
1131) Kəskin şüa xəstəliyi zamanı hansı sistem tərəfindən kliniki əlamətlər mütləqdir: A) mərkəzi sinir sistemi
B) həzm sistemi
C) immun sistem
D) ürək damar sistemi
E) qanyaradıcı sistem
Ədəbiyyat: B.Ə.Baxşiyev. Radiodiaqnostika və radioterapiya, «Adiloğlu», Bakı,
2004.