407) Qara ciyərin solitar abseslərində əsas əməliyyat növü hansıdır?
A) Qara ciyərin transplantasiyası
B) Qara ciyər payının və ya seqmentinin rezeksiyası
C) Biliodigestiv anastomozun qoyulması
D) Hemihepatektomiya
E) Absesin yarılması və drenə edilməsi
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
408) Qara ciyərin amöb absesi hansı hallarla müşayiət olunur?
A) 12 b/b xora xəstəliyinin mövsümi kəskinləşməsi ilə
B) Amöb dizenteriyası əlamətlərinin artması ilə
C) Kəskin respirator virus xəstəliklərinin epidemiyası ilə
D) Opistorxoz hallarının artması ilə
E) İnfeksion hepatitin artması ilə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
409) Qara ciyərin böyük amöb abseslərinin kompleks konservativ müalicəsi hansı üsul ilə tamamlanmalıdır?
A) Hemihepatektomiya ilə
B) Qara ciyərin rezeksiyası ilə
C) Abses boşluğunun punksion aspirasiyası və ona anti-amöb preparatların vurulması ilə
D) Laparotomiya, abses boşluğunun yarılması və drenə edilməsilə
E) Geniş spektrli antibiotiklərin tətbiqi ilə
Ədəbiyyat: Болезни печени и желчевыводящих путей. Руководство для врачей. Под ред. В.Т. Ивашкина. М., 2002, 510 с.
Dostları ilə paylaş: |