776) Babasilin əmələ gəlməsinə aşağıdakılardan hansı şərait yaratmır?
A) proktosiqmoidit
B) spirtli içkilərin qəbulu
C) uzunmüddətli və fasiləsiz qəbizlik
D) artıq çəki
E) ağır fiziki əmək
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.305-306;
777) Düz bağırsaq xərçənginin diaqnostikasında hansı müayinə üsulu daha vacibdir?
A) nəcisin gizli qanaxmaya görə müayinəsi
B) laparoskopiya
C) düz bağırsağın barmaqla müayinəsi və rektoromanoskopiya
D) Çənbər bağırsağın rentgenoloji müayinəsi
E) kiçik çanaq orqanlarının USM
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.312
778) Yoğun bağırsağın divertikulyozunun diaqnostikasında ən informativ müayinə metodu hansıdır?
A) irriqoskopiya
B) qarın boşluğu orqanlarının USM
C) rekloromanoskopiya
D) daxilə barium qəbul etdikdən sonra yoğun bağırsağın müayinəsi
E) kolonoskopiya
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.227
779) Çənbər bağırsağın divertikulyozunun əmələ gəlməsinə şərait yaradan əsas amillərdən biri hansıdır?
A) bağırsaqdaxili təzyiqin artması
B) qida faktoru (şirniyyat istifadə olunması qəbulu)
C) qida faktoru (sellüloza ilə zəngin qidanın istifadəsi)
D) qarındaxili təzyiqin artması
E) çoxlu maye qəbulu
Ədəbiyyat: B.A.Ağayev. Cərrahi xəstəliklər. “Təbib”, Bakı, 1989. s.226
Dostları ilə paylaş: |