869) 8-aylıq oğlan uşağında sol tərəfli kriptorxizm var. Sizin taktikanız:
A) hormonal müalicə
B) 15 yaşdan sonra əməliyyat
C) 2-3 yaşda əməliyyat
D) 1 yaşa kimi əməliyyat
E) Təcili əməliyyat
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
870) Qida borusunun xalaziyasında qeyd olunan əməliyyatlardan hansı icra edilir?
A) Qastrotomiya
B) Pilorotomiya
C) Qastrostomiya
D) Nissen üsulu ilə fundoplikasiya
E) Kardiomiotomiya
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
871) Anadangəlmə bud sümüyü başının çıxığının altı aydan sonra konservativ müalicəsinin əsası nədən ibarətdir?
A) Funksional dartma
B) Narkoz altında qapalı repozisiya
C) Geniş bələmə
D) Frekye döşəyi ilə funksional müalicə
E) Osteosintez
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
Dostları ilə paylaş: |