283) Damardaxili trombozda hansı istifadə olunmalıdır?
A) Heparin, fibrinolizin
B) Bütün sadalananlar
C) Fibrinogen, fibrinolizin, trombositar kütlə
D) Fibrinolizin
E) Heparin, fibrinogen, fibrinolizin
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
284) Tromb əmələgəlmə ehtimalına nə təsir etmir?
A) Fibrinolitik aktivliyin yuxarı olması, yanıqlar, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
B) Yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
C) Fibrinolitik aktivlik yuxarı olması, yanıqlar, hipodinamiya, onkoloji xəstəliklər
D) Fibrinolitik aktivliyin yuxarı olması, hipodinamiya, onkoloji xəstəliklər, ürəyin işemik xəstəliyi
E) Fibrinolitik aktivliyin yuxarı olması
Ədəbiyyat: Клиническая гастроэнтерология. Руководство для врачей. Под ред. Н.И. Дегтярева. М., 2004, 578 с.
285) Hansı halda kəskin appendisit zamanı əməliyyatı yerli (spinal) anesteziya altında icra etmək lazımdır?
A) Hamiləliyin erkən dövründə bronxial astmadan əziyyət çəkən ağırlaşma olmayan xəstədə
B) Ahıl yaşında olan xəstədə ağırlaşma klinikası olmayan tipik appendisit olduqda
C) Soxulcanabənzər çıxıntının retrosekal yerləşməsinə şübhə yaranarsa
D) Xəstə 14 - 16 yaşında olarsa
E) Yayılmış peritonitlə fəsadlaşan kəskin appendisitdə
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
286) Lokal anestetiklərin böyük dozada istifadəsi zamanı meydana çıxan qıcolmaların müalicəsində istifadə edilən ən uyğun preparat hansıdır?
A) Diazepam
B) Ketamin
C) Droperidol
D) Hidroksizin
E) Fentanil
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том. стр., 189.
Dostları ilə paylaş: |