Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları


) Traxeyanın fenestrasiyası nədir?



Yüklə 0,96 Mb.
səhifə111/323
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#1439
növüРуководство
1   ...   107   108   109   110   111   112   113   114   ...   323
301) Traxeyanın fenestrasiyası nədir?

A) Traxeyanın ön divarında dairəvi pəncərənin kəsilib götürülməsindən ibarət olan xroniki traxeostomiya variantı

B) Traxeyanın ön divarının oval kəsilməsindən və fonasiyanı yaxşılaşdırmaq məqsədi ilə dəri loskutlarının (klapanların) formalaşmasından ibarət olan daimi (xroniki) traxeostomiya variantı

C) Terminal xroniki traxeostomiya əməliyyatının sinonimii

D) Traxeyanın inkişaf qüsuru – traxeyanın boyun hissəsində qığırdaq yarımdairələri sahəsinin anadan gəlmə olmaması

E) Traxeostoma yaradılması məqsədi ilə üzükvari qığırdağın ön səthinin ləğv edilməsi


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
302) Bronxlarda yad cisimlərin olduğu təqdirdə cərrahi əməliyyat hansı həcmdə icra oluna bilər?

A) Bronxun sirkulyar rezeksiyası, ağciyərin rezeksiyası

B) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası, ağ ciyərin rezeksiyası

C) Bronxotomiya, ağciyərin rezeksiyası

D) Bronxotomiya, bronxun sirkulyar rezeksiyası

E) Bronxotomiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
303) Ezofaqoqastroskopiya zamanı qida borusunun perforasiyası baş verdikdə nə gösətərişdir?

A) Yalnız konservativ müalicə

B) Yalnız dinamik müşahidə

C) Nazoqastral zond, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

D) Qastrostomiya, intensiv konservativ terapiya (antibakterial, infuzion), divararalığına, plevral boşluqlara nəzarət

E) Təcili cərrahi müdaxilə: divararalığının açılması, qida borusu defektinin tikilməsi, divararalığının drenə edilməsi, nazoqastral zondun və ya qastrostomiyanın qoyulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin