321) Qanhayxırma nədir?
A) Qan qarışığı, o cümlədən mikroskopik qan qarışmış bəlğəmli öskürək simptomu
B) Sutka ərzində 300 ml-ə qədər yeni və /və ya dəyişilmiş qanın öskürəklə xaric olması
C) Bəlğəmlə təmiz halda 50 ml-ə qədər qanın xaric olması
D) Istənilən miqdarda təmiz və ya dəyişilmiş qanın öskürəklə xaric olması
E) Bəlğəmdə yalnız yeni eritrositlərin tapılması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
322) Ümumi kombinəolunmuş anesteziyanın əsas komponentləri hansılardır?
A) Relaksasiya və reflekslərin olmaması
B) Analgeziya, relaksasiya, huşun olmaması
C) Huşun və reflekslərin olmaması
D) Analgeziya və relaksasiya
E) Analgeziya və huşun olmaması
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
323) Əgər ürək-ağ ciyər reanimasiyasını iki nəfər həyata keçirirsə, onda ventilyasiya ürəyin qapalı masajı nisbəti necə olmalıdır?
A) 1:5
B) 2:15
C) 1:10
D) 3:15
E) 1:15
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
324) Ağ ciyər xərçənginin hormonal aktivliyi ilə əlaqədar olan paraneoplastik sindromlara aşağıdakılardan hansında daha çox rast gəlinir?
A) Karsinoiddə
B) Yastıhüceyrəli xərçəngdə
C) Bədxassəli hamartomada
D) Bronxoalveolyar xərçəngdə
E) Kiçik hüceyrəli xərçəngdə
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
325) Ağ ciyərin rentgen-neqativ mərkəzi xərçənginin aşkar edilməsi metoduna hansı aiddir?
A) Perfuzion ssintiqrafiya
B) Pozitron emission ssintoqrafiya
C) Ultrasəs exolokasiyası
D) Kompüter tomoqrafiya
E) Bəlğəmin sitoloji müayinəsi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
326) Cərrah eksudativ plevritli xəstəni müayinə edərkən bəlğəmin hansı növünü aşkarlayır?
A) Üçqatlı
B) Irinli - çürüntülü
C) Köpüklü - qanlı
D) Selikli
E) Qan laxtasını
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
327) Cərrah ağ ciyərin xroniki absesi olan xəstədə hansı ağırlaşmanın baş verə biləcəyindən ehtiyat etməlidir?
A) Diafraqmaaltı abses
B) Qanaxma
C) Vərəmin inkişafı
D) Ürəyin işemik xəstəliyi
E) Ağ ciyərlərdə bullanın inkişafı
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
328) Cərrah sağ ağ ciyərin xroniki absesi olan xəstədə piopnevmоtoraks aşkarlamışdır. Belə ağırlaşmada nə göstərişdir?
A) Proteolitik fermentlərin endobronxial yeridilməsi
B) Massiv antibiotikoterapiya
C) Plevra boşluğuna fermentlərin yeridilməsi
D) Cərrahi şöbəyə hospitalizasiya
E) Ambulator şəraitdə Byulau üsulu ilə drenj qoyulması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |