329) Hansı xəstəlik zamanı daha çox spontan pnevmotoraks baş verir?
A) Bronxoektaziya xəstəliyi
B) Ağ ciyərin bulloz sistində
C) Ağ ciyər atelektazında
D) Plevranın empieması
E) Ağ ciyər xərçəngi
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
330) Xəstə döş qəfəsinin küt travmasından sonra həkimə müraciət etmişdir. Xəstənin aldığı travma nəyə səbəb ola bilməz?
A) Hemоtoraksa
B) Asistoliyaya
C) Ağ ciyər kollapsına
D) Aritmiyaya
E) Ağciyər hematomasına
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
331) Xəstədə artan dərialtı emfizema varsa ilk növbədə hansı patoloji proses haqda düşünmək lazımdır?
A) Qapaqlı pnevmоtoraks
B) Açıq pnevmоtoraks
C) Böyük hemоtoraks
D) Ağciyər hemаtoması
E) Boyun nahiyyəsinin yumşaq toxumalarının yaralanması
Ədəbiyyat: “Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
Dostları ilə paylaş: |