413) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Stranqulyasion bağırsaq keçməməzliyində
B) Bitişmə mənşəli bağırsaq keçməməzliyində
C) Obturasion bağırsaq keçməməzliyində
D) Paralitik bağırsaq keçməməzliyində
E) Spastik bağırsaq keçməməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
414) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?
A) Nazoqastral zondlama
B) Antibiotikoterapiya
C) İnfuzion terapiya
D) Cərrahi müdaxilə
E) Antixolinesteraz təsirli preparatların tətbiqi
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
415) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?
A) Nazik bağırsaq ilgəkləri
B) Kor və nazik bağırsaq
C) Enən çənbər və siqmaya bənzər bağırsaq
D) Siqmaya bənzər və nazik bağırsaq
E) Düz və nazik bağırsaq
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |