780) Kəskin işiorektal paraproktitdə aşağıdakılardan hansı göstərişdir?
A) irinliyin punksiyası və antibiotiklərin yeridilməsi
B) absesin açılması, drenləşdirilməsi, anal kanalda kriptanin kəsilib götürülməsi
C) aralıqdan, büzdüm-düz bağırsaq bağını kəsməklə irinliyin açılması
D) absesin punksiyası və boşluğun yuyulması üçün drenajın qoyulması
E) bağırsaq mənfəzindən keçməklə irinliyin açılması
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с.536
781) Hemorroidektomiyadan sonra ən çox rast gəlinən ağırlaşmalar hansılardır?
1. kəskin ağrı sindromu
2. sidik ifrazının ləngiməsi
3. perianal ödem
4. qanaxma
5. kəskin paraproktit
A) 3, 4, 5
B) 1, 3, 5
C) 1, 2, 4
D) 1, 2, 3
E) 2, 4, 5
Ədəbiyyat: Б.Л.Канделис. Неотложная проктология. Эстония, 1980. с.92
782) S-ə bənzər Çənbər bağırsağın xərçənginin ən çox rast gəlinən ağırlaşması nədir?
A) S-ə bənzər Çənbər bağırsağın iltihabı
B) bağırsaq keçməməzliyi
C) şişin müsariqəyə penetrasiyası
D) profuz bağırsaq qanaması
E) şişin perforasiyası
Ədəbiyyat: М.И.Кузин. Хирургические болезни. «Медицина», Москва, 1986. с. 520
Dostları ilə paylaş: |