865) Pilorostenoz üçün göstərilən klinik əlamətlərdən hansı daha xarakterikdir:
A) Qanlı qusma
B) Öd qarışığı olmadan çürümüş südlü qusma
C) Ödlü qusma
D) Nəcis ifrazının olmamağı
E) Qarnın bərabər köpməsi
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
866) Uşaq bir udum sirkə turşusu içib və dərhal xəstəxanaya çatdırılıb. Xəstənin mədəsi hansı məhlulla yuyulmalıdır:
A) Turşulaşdırılmış məhlul
B) Soyuq su
C) İsti su ilə
D) Qələvi məhlul
E) Otaq temperaturunda su
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
867) Uşaq qatı qələvi içib. Mədəni hansı məhlulla yumaq lazımdır:
A) Soyuq su
B) Qələvi məhlulla
C) Otaq temperaturlu su
D) Turşulaşdırılmış məhlulla
E) İsti su
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
868) Apostematoz nefritin fəsadlaşmasına səbəb ola bilən hansıdır:
A) Sidik axarının daşı
B) Yuxarı kasacığın daşı
C) Böyrəyin mərcan daşları
D) Sidik kisəsinin daşı
E) Ləyənciyin daşı
Ədəbiyyat: Ç.B.Quliyev. Uşaq cərrahlığı. “Təbib”, Bakı, 2005.
Dostları ilə paylaş: |