Oflo ® 200mq; 400mq tabletlər; 100 ml infuziya üçün məhlul



Yüklə 39,26 Kb.
Pdf görüntüsü
tarix07.04.2017
ölçüsü39,26 Kb.
#13690

Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

OFLO 

®

     200mq; 400mq tabletlər; 100 ml infuziya üçün məhlul 

OFLO 

®

 



 

Beynəlxalq patentləşdirilməmiş adı: Ofloxacin 

 

Tərkibi 

200 mq-lıq tabletlər 

Təsiredici maddə: 1 tabletin tərkibində: 200 mq Ofloksasin F.A.B.Ş vardır. 

Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium metilhidroksibenzoat, 

maqnezium-stearat, təmizlənmiş talk, susuz kalloidal silisium 4-oksid. 

 

400 mq-lıq tabletlər 



Təsiredici maddə: 1 tabletin tərkibində: 400 mq Ofloksasin F.A.B.Ş vardır. 

Köməkçi maddələr: qarğıdalı nişastası, mikrokristallik sellüloza, natrium metilhidroksibenzoat, 

maqnezium-stearat, təmizlənmiş talk, susuz kalloidal silisium 4-oksid. 

 

100 ml infuziya üçün məhlul 



Təsiredici maddə: 1ml məhlulun tərkibində 2 mq Ofloksasin F.A.B.Ş vardır. 

Köməkçi maddələr: Natrium-xlorid, dinatrium-edetat, inyeksiya üçün su. 

 

Təsviri 

200 mq-lıq tabletlər: Girdə, 2 tərəfi qabarıq, ağ və ya sarımtıl-ağ rəngli tabletlərdir. 

400 mq-lıq tabletlər: Girdə, 2 tərəfi qabarıq, sarı rəngli tabletlərdir. 

İnfuziya üçün məhlul: Şəffaf sarı, sarı-qəhvəyi rəngli məhluldur. 



 

Farmakoterapevtik qrupu 

Flüorxinolon qrupundan olan mikrob əleyhinə vasitədir. 



 

Farmakoloji xüsusiyyətləri 

Farmakodinamikası 

Bakterisid təsirə malikdir, mikrob hüceyrəsinin həyati əhəmiyyətli orqanoidi olan DNT-nin biosintezini 

pozmaqla, hüceyrənin məhvinə səbəb olur. 

Ofloksasin  əsasən qrammüsbət və  bəzi qrammənfi aerob bakteriyalara təsir göstərir. Bir çox 

antibiotiklərə və sulfanilamid preparatlarına qarşı davamlı mikroorqanizmlərə qarşı aktivdir. 

Preparata xüsusilə: E. Coli, Klebsiella spp., həmçinin Klebsiella pneumonia, Proteus mirabilis, Proteus 



vulgaris, Serratia spp., Enterobacter spp., Providencia spp., Citrobacter spp., Salmonella spp., 

Shigella sonnei, Yersinia spp., Vibrio spp., Neisseria gonorrhoeae, Neisseria meningitidis, 

Haemophilus influenzae, Haemophilus ducreyi, Aeromonas hydrophilia, Bordetella pertussis, 

Moraxella catarrhalis, Propionibacterium acnes, Staphylococcus spp., Staphylococcus aureus, 

Legionella spp., Brucella spp., Chlamidia trachomatis, Mycoplasma spp., tez inkişaf edən atipik 

mikobakteriyalar, həmçinin beta-laktamaza hasil edən bakteriyalar həssasdır. 

Oflo-ya nisbi həssasdırlar:  Acinetobacter spp., Enterococcus spp., (həmçinin pnevmokokklar), 

Clostridium perfringens, Corynebacterium spp., Campylobacter spp., Helicobacter pylori, Listeria 

monocytogenes, Pseudomonas aeruginosa, Gardnerella vaginalis, Mycobacterium tuberculosis, 

Ureaplasma urealyticum. 

Aerob mikroorqanizmlər preparata qarşı davamlıdırlar (həmçinin bakteroidlərin bir sıra növləri, 

klostridilər, aktinomisetlər, fuzobakterilər, enterokokklar, metisillinə rezistent stafilokokklar, 

nokardiyalar). 



Farmakokinetikası 

Daxilə qəbul olunduqdan sonra Ofloksasin MBT-dan tez və demək olar ki, tam (95%-ə qədər) sorulur. 

Qan plazmasında maksimal konsentrasiyası 1-2 saatdan sonra meydana gəlir və dozadan asılı olur: 

200 və ya 400mq-ı  qəbul etdikdən sonra 2,5 mkq/ml və 5 mkq/ml təşkil edir. Qida preparatın 

sorulmasını ləngidə bilər, lakin bioloji metabolizmə əhəmiyyətli təsir göstərmir, bu isə 100%-ə çatır. 5% 

ofloksasin qaraciyərdə metabolizmə uğrayır. 

Qan plazması zülalları ilə birləşməsi - 25% təşkil edir. Ofloksasin böyük yayılma həcminə malikdir, 

buna görə yeridilmiş preparatın demək olar ki hamısı hüceyrələrə daxil olaraq orqan, toxuma və 

orqanizmin maye mühitində (ağciyərlər, öd, dəri, lor-orqanlar, sümüklər, cinsi orqanlar, prostat) yüksək 

konsentrasiyalar əmələ gətirir. Hematoensefalik və plasentar baryerlərdən keçir, südlə ifraz olunur. 



Ofloksasinin yarımparçalanma dövrü 6-7 saatdır. Qəbul olunmuş dozanın 80-90%-i böyrəklərlə 

dəyişilməmiş halda ifraz olunur; 4%-ə yaxın ofloksasin nəcislə xaric olur. 



 

İstifadəsinə göstərişlər 

Oflo preparatına həssas olan mikroorqanizmlərin törətdiyi infeksion-iltihabi xəstəliklərin müalicəsində 

istifadə olunur: 

• 

Tənəffüs yollarının infeksiyaları (pnevmokokk infeksiyalar istisna olmaqla); 



• Burun, 

boğaz, qulaq infeksiyaları; 

•  Ginekoloji infeksiyalar (kolpit, adneksit, servisit, salpinqooforit, endometrit, parametrit, 

(həmçinin qonokokk və xlamidiyaların törətdikləri); 

• Böyrəklərin, cinsi orqanların, prostat vəzinin, uretranın (həmçinin qonokokk mənşəli) 

infeksiyaları; 

• Qarın boşluğu orqanlarının və öd yollarının infeksiyaları; 

• 

Dərinin, yumşaq toxumaların, sümük və oynaqların infeksiyaları; 



• Septisemiya, 

meningit. 



 

Əks göstərişlər 

• Ofloksasinə və digər füorxinolon törəmələrinə qarşı yüksək həssaslıq; 

• Qlükoza-6-fosfatdehidrogenazanın çatışmazlığı; 

• Epilepsiya; 

• 

Mərkəzi sinir sisteminin zədələnmələri (kəllə-beyin travmasından, insultdan, beyinin iltihabi 



xəstəliklərindən sonra); 

• Hamiləlik, laktasiya dövrü; 

• 

Uşaq və yeniyetmə yaşları (18 yaşa qədər). 



 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

• Ofloksasinin 

dəmir, sukralfat və ya tərkibində maqnezium, alüminium, kalsium  saxlayan 

antasid preparatlarla eyni vaxtda qəbulu ofloksasinin sorulmasını azaldır. Ona görə  də bu 

preparatların təyini arasında interval 2-4 saatdan az olmamalıdır. 

• 

Oflo-nun qeyri-steroid quruluşlu iltihab əleyhinə preparatlarla, nitroimidazol və metilksantinol 



törəmələri ilə bir vaxtda qəbulu neyrotoksik effektin yaranma riskini artırır. 

• Oflo 


qlükokortikosteroidlərlə birlikdə  təyin edildikdə  vətərlərin zədələnməsi təhlükəsi artır 

(xüsusən yaşlı xəstələrdə). 

• 

Oflo sidiyi qələviləşdirən preparatlarla (məs.: sitratlar, natrium hidrokarbonat və s.) eyni vaxtda 



təyin edildikdə kristalluriya və nefrotoksiki effekt artır. 

• 

Simetidin, probenesid, furosemid və ya metotreksatla eyni vaxtda qəbul edildikdə qan 



plazmasında ofloksasinin qatılığı artır. 

• 

K vitamininin antoqonistləri ilə birlikdə verildikdə qanın laxtalanma funksiyasını nəzarətdə 



saxlamaq lazımdır. 

• 

Antidiabetik preparatlarla, insulinlə birlikdə təyin edildikdə hipoqlikemiya və ya hiperqlikemiya 



baş verə bilər. 

 

Xüsusi göstərişlər 

•  MSS-in üzvi xəstəlikləri, beyin qan dövranı pozğunluqları, beyin qan-damar xəstəlikləri və 

anamnezində qıcolmalara rast gəlinən xəstələrə təyinatda ehtiyatlı olmaq lazımdır. 

• Müalicə zamanı  və müalicədən sonra ağır və uzunmüddətli diareya olduqda xəstədə 

psevdomembranoz kolitin olub-olmamasını yoxlamaq lazımdır. Diaqnoz təsdiq olunduqda 

preparatın verilməsi dayandırılır və müvafiq müalicə aparılır. 

• Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ofloksasinin qanda qatılığını  nəzarətdə 

saxlamaq lazımdır. Qaraciyər və böyrək çatışmazlığının ağır formalarında ofloksasinin 

dozasını korreksiya etmək lazımdır. 

• Oflo 


ilə müalicə fonunda porfiriya tutmaları çoxala bilər. 

• Oflo 


ilə müalicə müddətində fotosensibilizasiyanın qarşısını almaq üçün ultrabənövşəyi 

şüaların təsirindən qorunmaq lazımdır. 

• Oflo 

diqqətin pozulmasına səbəb ola bilər. Sürücülər və mexanizmlə  işləyən  şəxslər bunu 



nəzərə almalıdır. 

 

İstifadə qaydası və dozası 

Doza infeksiyanın lokalizasiya mənbəyindən, ağırlığından, xəstənin ümumi vəziyyətindən, böyrəklərin 

və qaraciyərin funksional vəziyyətindən, həmçinin mikroorqanizmin preparata həssaslığından asılı 

olaraq fərdi qaydada müəyyən olunur. 


Preparatı venaya 200mq dozadan başlayaraq, damcı üsulu ilə 30-60 dəq. müddətində yeridirlər. 

Xəstənin vəziyyəti yaxşılaşarsa, preparatı həmin dozada peroral yolla qəbula keçirmək lazımdır. 

Böyüklər üçün preparatın sutkalıq dozası 200mq-dan 800mq-a qədər olur. Gündə 2 dəfə qəbul olunur. 

Müalicə kursunun müddəti 7-10 gündür. 400mq dozanı 1 qəbula təyin etmək olar, səhər qəbul etmək 

daha məqsədəuyğundur. Tabletləri bütöv, çeynəmədən, yeməkdən  əvvəl  və ya sonra qəbul etmək 

olar. 


• 

Tənəffüs yollarının, dərinin və yumşaq toxumaların infeksiyalarında: Ofloksasini gündə 2 

dəfə (daxilə və ya inyeksiyalar şəklində) təyin edirlər. Fəsadlaşmış infeksiyalar zamanı dozanı 

sutkada 800mq-a qədər artırmaq olar. 

• 

Böyrəklərin və sidik-ifrazat orqanlarının infeksiyalarında: ofloksasin daxilə 100-200mq 

dozada sutkada 1-2 dəfə, xəstəliyin ağırlığından asılı olaraq təyin edilir. 

• 

Qaraciyər çatışmazlığı olan xəstələrə: maksimal sutkalıq doza 400mq-dır. 

• 

Kəskin fəsadlaşmamış süzənəkdə: ofloksasinin 400mq dozada birdəfəlik qəbulu 

mümkündür. 

• 

Böyrəklərin funksiyasının pozğunluğu olan xəstələrə: (kreatinin klirensi 50-20 ml/dəq. 

olduqda) sutkada 2 dəfə olmaqla normal dozanın 50%-i və ya sutkada 1 dəfə normal doza 

yeridilir. Kreatinin klirensi 20ml/dəq. olarsa birdəfəlik doza - 200mq yeridilir, sonra isə günaşırı 

sutkada 100mq yeridilir. 



 

Doza həddinin aşılması 

Simptomları: başgicəllənmə, şüurun qarışması, tormozlanma, qusma. 

Müalicəsi: mədənin yuyulması, simptomatik, dezintoksikasiyaedici, desensibilizəedici, daxili orqanlarda 

baş verən dəyişikliklərin korreksiyasına yönəldilmiş tədbirlər. Spesifik antidot yoxdur. 



 

Əlavə təsirləri 

Mərkəzi sinir-sisteminə: başağrısı, başgicəllənmə, depressiya, zəiflik, narahatlıq hissi, yuxunun 

pozulması, qıcıqlanma, tremor; nadir hallarda: əzələ  qıcolmaları,  ətraflarda paresteziya, 

hallüsinasiyalar (bu cür reaksiyalar preparatın qəbulunun təcili dayandırılmasını tələb edir); 

Hissiyat orqanlarına: diplopiya, işığa qarşı  həssaslığın azalması, dadbilmənin, iybilmənin və tarazlıq 

hissinin pozulması. 

Ürək qan-damar sisteminə: taxikardiya, qısamüddətli arterial hipotenziya (preparatın venadaxili 

yeridilməsi zamanı); 

Mədə-bağırsaq sisteminə: ürəkbulanma, diareya, qarın nahiyəsində  ağrılar, iştahanın olmaması, 

meteorizm, müvəqqəti olaraq böyrək transaminazaların aktivliyinin və bilirubinin miqdarının artması, 

psevdomembranoz kolit; 

Sidik-ifrazat sisteminə: kristalluriya, nadir hallarda kəskin interstisial nefrit, sidik turşusunun və 

kreatinin qan plazmasında miqdarının artması; 

Qan yaranma orqanlarına: leykopeniya, aqranulositoz, eozinofiliya, trombositopeniya; çox nadir 

hallarda - hemolitik anemiya, pansitopeniya; 

Allergik reaksiyalar:  dəridə  səpgilər, qaşınma, fotosensibilizasiya, bronxospazm; nadir hallarda - 

angionefrotik ödem, Kvinke ödemi, artralgiyalar; nadir hallarda anafilaktik şok; 

Digərləri: artralgiyalar, mialgiyalar, tendinitlər, tenosinovitlər, hipoqlikemiya (şəkərli diabet olan 

xəstələrdə); 

Yerli reaksiyalar: ağrı və/və ya infuziya yerində qızartı, tromboflebit. 



 

Buraxılış forması 

İnfuziya üçün məhlul 

Birdəfəlik, steril, apirogen məhlul tərkibində 200mq ofloksasin olmaqla, 100ml-lik plastik flakonlarda 

buraxılır. 1 flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

200mq və 400mq-lıq tabletlər 

Hər blisterdə 10 tablet olmaqla, 1 blister içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Saxlanma şəraiti 

Məhlul: 25ºC-dək temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

Tabletlər: 25ºC-dək temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Yararlılıq müddəti 

3 ildir. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Aptekdən buraxılma şərti 

Həkim resepti ilə buraxılır. 

 


 

İstehsalçı 

 

Yunik Farmasyutikal Laboratoriz  

(«C.B.Xemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

– firması tərəfindən istehsal olunmuşdur. 

Hindistan, Mumbay 400 030, Vorli, Hind Sikl Rod, Nilam Sentr. 

   ® - ticarət nişanı 

 

                                   Azərbaycanda rəsmi distribyutor 



                                   «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 
  • Xüsusi göstərişlər 
  •  MSS-in üzvi xəstəlikləri, beyin qan dövranı pozğunluqları, beyin qan-damar xəstəlikləri və anamnezində qıcolmalara rast gəlinən xəstələrə təyinatda ehtiyatlı olmaq lazımdır. 
  •  Müalicə zamanı və müalicədən sonra ağır və uzunmüddətli diareya olduqda xəstədə psevdomembranoz kolitin olub-olmamasını yoxlamaq lazımdır. Diaqnoz təsdiq olunduqda preparatın verilməsi dayandırılır və müvafiq müalicə aparılır. 
  •  Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ofloksasinin qanda qatılığını nəzarətdə saxlamaq lazımdır. Qaraciyər və böyrək çatışmazlığının ağır formalarında ofloksasinin dozasını korreksiya etmək lazımdır. 
  •  Oflo ilə müalicə fonunda porfiriya tutmaları çoxala bilər. 
  •  Oflo ilə müalicə müddətində fotosensibilizasiyanın qarşısını almaq üçün ultrabənövşəyi şüaların təsirindən qorunmaq lazımdır. 
  •  Oflo diqqətin pozulmasına səbəb ola bilər. Sürücülər və mexanizmlə işləyən şəxslər bunu nəzərə almalıdır. 
  • Simptomları: başgicəllənmə, şüurun qarışması, tormozlanma, qusma. 
  • Müalicəsi: mədənin yuyulması, simptomatik, dezintoksikasiyaedici, desensibilizəedici, daxili orqanlarda baş verən dəyişikliklərin korreksiyasına yönəldilmiş tədbirlər. Spesifik antidot yoxdur. 
    •  

Yüklə 39,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin